
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 23-də Bakıda baş tutacaq "Zirə" - "Hayduk" matçına bilet satışı davam edir.
"Qartallar"ın sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, bu saata qədər 2600 bilet alınıb.
Daha öncə "Hayduk"u ilk qarşılaşmada 400-450 qonaq azarkeşin dəstəkləyəcəyi müəyyənləşib.
Xatırladaq ki, Xorvatiya təmsilçisi ilə görüş "Neftçi Arena"da reallaşacaq. Tərəflərin cavab oyunu iyulun 31-də Spilit şəhərində keçiriləcək.
Nihat