14:58 22.07.2025 685

"Zirə"nin taktiki planda onlara uduzacağına inanmıram, amma..." - Aslan Kərimov

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə" sözügedən turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində "Hayduk"la qarşılaşacaq. "Qartallar" Xorvatiya təmsilçisi ilə ilk oyunu sabah Bakıda keçirəcəklər. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin şanslarını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düzü, "Zirə"nin yay hazırlığı dönəmində keçirdiyi yoxlama oyunlarını izləməmişəm. "Hayduk"un isə Zaqreb "Dinamo"suna qarşı son matçına baxmışam. O vaxt baş məşqçiləri Qattuzo idi. Yəni hazırda komandaların mövcud durumu ilə bağlı o qədər də dərin məlumatım yoxdur. Görünən budur ki, "Zirə" transferlərə böyük pullar xərcləməyib. Daha çox Azərbaycan çempionatında oynamış futbolçular götürüblər. Səs-küylü transfer etməmələrini anlayışla qarşılamaq lazımdır. Çünki bəzən böyük pullar qarşılığında edilən transferlər belə, ciddi uğura təminat vermir. "Qarabağ"dan daha çox maliyyəsi olan "Hayduk"a qarşı oyunlarda çətinlik çəkəcəkləri dəqiqdir. Sabiq Yuqoslaviya ölkələrinin klublarında çıxış edən istedadlı oyunçular məhz Zaqreb "Dinamo"su və "Hayduk" kimi klublara keçirlər. Rəqibin heyətində fərdi bacarıqları yüksək olan, təcrübəli oyunçular cəmləşib. Təbii ki, cütün favoriti "Hayduk"dur və onların mərhələ adlamaq şasnları daha yüksəkdir. Şansları 55-in 45-ə dəyərləndiririəm. Azərbaycan komandasının sıralarındakı futbolçuların avrokubok təcrübəsi yüksək deyil. "Zirə" "Hayduk"u keçmək üçün komanda şəklində çox diqqətli olmalı, müdafiədə aqressiv çıxış sərgiləməlidir. Onların birəbir epizodlarda ön plana çıxacaq cinah hücumçuları var. Taktiki planda "Zirə"nin onlara uduzacağını düşünmürəm, amma ortada böyük maliyyə fərqi mövcuddur. Yəni meydandakı ifaçılar arasındakı səviyyə fərqini mütləq nəzərə almalıyıq. "Zirə"nin Xorvatiya təmsilçisinə qarşı açıq futbol oynayacağına inanmıram. Bu, riskli olar. Azərbaycan komandası sürətli keçidlər sayəsində "Hayduk"u şoka sala bilər. Hər şey təzyiq altında necə davaranacaqlarından, nə dərəcədə kompakt oynayacaqlarından asılıdır".

Nihat 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X