
UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün növbəti oyununa çıxıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda səfərdə Gürcüstanın "Torpedo Kutaisi" kollektivi ilə qarşılaşıb.
Sumqayıtda keçirilən ilk oyunda rəqibini 3:0 hesabı ilə darmadağın edən "qartallar" səfərdə də eyni nəticə ilə adını növbəti mərhləyə yazdırıb.
Kutaisidəki "Şengeliya Arena"da baş tutan qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, "Zirə"nin növbəti mərhələdəki rəqibi "Payde" (Estoniya) olub.
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, cavab oyunu
16 iyul
"Torpedo Kutaisi" – "Zirə" 0:3
Qol: Eren Aydın, 25. Amin Seydiyev, 39, 70.
Hakimlər: Mihali Kapray, İstvan Albert, Bense Belitsa, Marsel Derdak (hamısı Macarıstan).
Kutaisi. "Ramaz Şengeliya Arena".
(İlk oyun - 0:3).
Torpedo: 1. Oto Qoşadze, 4. Matey Şimiç, 7. Vladimer Mamuçaşvili (k), 9. Komnen Andriç, 11. Georgi Arabidze, 14. Felipe Pires, 15. Luka Kuprava, 20. Dino Skorup, 22. Dato Bukiya, 24. Luka Latsabidze, 33. Mateo Stamatov.
Ehtiyat oyunçular: 31. Filip Klayçiç, 38. Soşo Kopaliani, 5. Tsotne Nadaraya, 6. Məhəmməd Şerif, 8. Mateo İtrak, 29. Malxaji Çitaişvili, 30. Tornike Antiya, 35. Dieqo Deysadze, 36. Luka Pridonişvili, 39. Vircil Pinson.
Baş məşqçi: Dirk Şuster.
Zirə: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 11. Martins Junior, 17. Vieyrinya, 21. Quima 32. Qismət Aliyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Diqbeu Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələskərov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.