Rusiyada "Parimatch Premyer Kuboku" turniri start götürüb. "Keşlə"nin UEFA Konfrans Liqasındakı rəqibi "Soçi" bu gün ilk matçını "Spartak"a qarşı keçirəcək.
Fanat.az xəbər verir ki, turnirin startı ərəfəsində baş məşqçilərin mətbuat konfransı baş tutub. "Soçi"nin çalışdırıcısı Vladimir Fedotov Rusiya millisinin məşqçi postuna mümkün təyinatla bağlı açıqlaması ilə yadda qalıb:
"Milli komandaya rəhbərlik etmək ambisiyası? Bu, həmişə var. Biz ustalığmızı, səviyyəmizi göstərmək üçün çalışırıq. Bunun necə alıdığını isə kənardan daha yaxşı görünür”.
Qeyd edək ki, Rusiya millisi AVRO-2020-də Belçika, Danimarka və Finlandiya ilə qrupda sonuncu- 4-cü yeri tutub. Nəticədə iyulun 8-də millinin komandanın baş məşqçisi Stanislav Çerçesov istefaya göndərilib.
Mirağa