15:21 21.07.2021 1463

"Qarabağ"dan fərqli olaraq "Sumqayıt"ın şansları elə də yüksək deyil" - ŞƏRH

Bu ildən etibarən ilk dəfə təşkil olunan UEFA Konfrans Liqasında ölkəmizi üç klub - "Qarabağ", "Sumqayıt" və "Keşlə" təmsil edəcək. 

Bu gün "Sumqayıt" Serbiyada "Çukariçki"nin qonağı olacaq, sabah isə "Qarabağ" öz meydanında İsrail "Aşdod”uyla, "Keşlə” isə səfərdə Rusiya "Soçi”si ilə üz-üzə gələcək.

Azərbaycan millisinin sabiq üzvü, veteran futbolçu Aslan Kərimov Fanat.Az-a açıqlamasında klublarımızın yeni turnirdə şanslarını dəyərləndirib:

"Çukariçki" - "Sumqayıt"

"Çukariçki"nin heyətində individual oynamağı bacaran futbolçular gördüm. Amma komanda şəklində elə də yaxşı təsir bağışlamırlar. Heyətdə boşluqlar var. "Çukariçki"nin "Qarabağ"ın rəqibi "Aşdod"la yoxlama oyununu izlədim. İsrail təmsilçisi bir az təzyiqi artıran kimi serblər anınada qərar verə bilmirdilər. Bu təzyiqin hesabına "Aşdod" qol da vurdu. Bu yarışda "Sumqayıt"ın heyətində Xəyal Nəcəfovu görmək istərdim, amma təəssüf ki, klubla yolları ayrılıb. Belə oyunlarda Xəyal kimi futbolçuya bel bağlamaq olar. Rəhim Sadıxov da güclü futbolçudur, ondan gözləntilər böyükdür. Amma dediyim kimi, "Çukariçki"də individual oynamağı bacaran futbolçular və ən əsası Avropa təcrübəsi var. Bu baxımdan "Qarabağ"dan fərqli olaraq, "Sumqayıt"ın şansları elə də yüksək deyil".

"Qarabağ" - "Aşdod"

"Qarabağ"ın çox da çətinlik çəkəcəyinə inanmıram. "Aşdod"un "Çukariçki" ilə yoldaşlıq oyununda gördüm ki, İsrail təmsilçisi 4-lü müdafiə ilə oynayır. Müasir üsluba üstünlük verməyəcəklər. Qısa ötürmələrlə oynayan komandadır. Tez-tez cinah dəyişmələrindən də istfadə edirlər. Qapalı futbola üstünlük vermirlər və bu da "Qarabağ" üçün əlverişlidir. Çünki açıq futbol oynayan komandalara qarşı "Qarabağ" çətinlik çəkmir. Komandanın heyətində individual oynamağı bacar futbolçular rəqibin qapısı qarşısında təhlükə yarada bilər. Bu futboldur, qapıya 5 zərbə gedər, amma 4-ü dirəyə dəyə bilər. "Aşdod"la çətinlik olmayacağını deyə bilərəm".

"Soçi" - "Keşlə"

"Soçi" bizə digər klublardan daha çox tanışdır. Qonşu ölkənin çempionatında çıxış edir. Oyunlarını daha çox izləyirik. "Keşlə" oyuna istənilən halda hazırdır. Amma bunun nə qədər effekt verəcəyi maraqlıdır. Həm heyət baxımından, həm maddiyyat baxımından gücləri müqayisə etsək, sözsüz ki, "Soçi" daha öndədir. Klublar arasında böyük interval var. Digər tərəf də psixoloji durumdur. Məsələni siyasi tərəfə çəkmək istəmirəm, amma fakt budur ki, rəqibin təmsil etdiyi şəhərin böyük bir hissəsini ermənilər təşkil edir. Rəqibin daha bir üstünlüyü çıxış etdiyi çempionatdır ki, səviyyəcə "Keşlə"nin oynadığı liqadan daha üstündür. Təmsilçilərimiz müdafiədə "Soçi"yə qarşı oynamağa çətinlik çəkəcəklər. Bunu rəqinin hücumunu və bizim müdaifəni nəzərə alaraq deyirəm".

Qeyd edək ki, Belqrad şəhərinin "Çukariçki" stadionunda keçiriləcək "Çukariçki" - "Sumqayıt" görüşü bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. "Qarabağ" - "Aşdod" matçı iyulun 22-də Tofiq Bəhramov Adına Respublika stadionunda saat 20:00-da, "Soçi" - "Keşlə" qarşılaşması isə iyulun 22-də Rusiyada Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Emin Şəmsiyev
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X