18:33 21.07.2021 1384

"Ən yaxşısını etməyə çalışacağıq" - Qurban Qurbanov

"İlk oyunlar bir az çətin keçir. Buna baxmayaraq hazırlığımız pis alınmayıb. Müəyyən problemlər var. Çalışacaq ki, bunlar meydanda özünü göstərməsin. Sabah ən yaxşısını etməyə çalışacağıq".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsrail "Aşdod"u ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis transferlərdə bəzi problemlərin olduğunu bildirib: "Müsahibələrimdə bildirdim ki, ən çox transferlərə zaman ayırırıq. Amma tam istədiklərimizi əldə etməmişik. Müzakirələr və axtarışlar davam edir. Asan deyil, bizdən asılı olmayan səbəblər var. Bəzi detallarda razılaşmışıq. Bəzən klublarla anlaşa bilməmişik. Biz peşəkar klubuq, əlimizdə olanların performansını saxlamaq istəyirik. Transfer məsələsi son vaxt dünya bazarında problemə çevrilib. Bu il bizə daha çox futbolçu almaq lazım idi. Bir neçə oyunçu komandanı tərk edib. Qarşıdakı vaxtlarda düşündüyümüz transferləri həll edəcəyik".

Təcrübəli baş məşqçi hər iki qapıçının "Aşdod"la oyuna hazır olduğunu, lakin start heyətdə kimin meydana çıxması ilə bağlı qərar verilmədiyini söyləyib.

Qurbanov yeni transfer Marko Veşoviç haqqında bunları diqqətə çatdırıb: "Onun zədəsi var idi. 6 ay oynamayıb. Mayda "Legiya"da və millidə matçlar keçirib. Ümumi durumu pis deyil. Yığmanın oyunlarından sonra fərdi məşq edib. Bu, bizə bir az narahatlıq verir. Sabah 18-likdə olacaq. Lazım gəlsə, ondan istifadə edə bilərik".

Mütəxəssis rəqibi bacardıqları qədər təhlil etdikləri etdiklərini sözlərinə əlavə edib: "Rəqibdə dəyişikliklər çox olub. Bəlkə sabah bizim düşündüyümüzdən fərqli oynaya bilərlər. Bu komandanın öz oyun üslubu var. Ondan əl çəkmirlər. Diqqətli müdafiə olunur və təhlükəli əks hücumlara çıxırlar. Sabah qalib gəlmək üçün futbolçulardan çox şey tələb olunur".

Baş məşqçi azarkeşsiz futbolun maraqsız olduğunu bildirib: "Futbolçu daha çox azarkeşə görə oynayır. Fanatlar daim uğurlarımız üçün sevinir. Onların tribunada olması bizim üçün üstünlükdür. Buna hamımız sevinirik. Azarkeşləri meydanlara qayıtmaqları münasibətilə təbrik edirəm. Biz onlar üçün darıxmışıq. Futbolu onlar üçün oynayırıq. Meydanda əlimizdən gələni etməyə çalışacağıq. Fanatların meydanda olması bizim üçün əlavə üstündür".

Qurbanov Ramil Şeydayevin durumunun pis olmadığını söyləyib: "Aqressiv futbolçu həmişə istənilən komandaya fayda verir. Şeydayev sabahkı oyuna hazırdır. Onun potensialını açmağa çalışacağıq. Musa Qurbanlını isə əsas heyətdə görməyəcəyik (gülür).

Mütəxəssis son olaraq hücum mövqeyindəki çatışmazlıqdan danışıb: "Hamımız hücum xəttini düşünürük. Bilirəm ki, mütləq bu mövqeyə bir oyunçu lazımdır. Bundan əlavə müdafiədə problem var. Oranı da yaxşılaşdırmaq istəyirik. Bəzən hər klubda böyük dəyişikliklərə ehtiyac olur. Bu gün biz hər şeyi yenidən qurmaq istəyirik. Komandada xeyli dəyişiklik etmək istəyirəm. 3-4 illik kollektiv qurma istəyirik. Çox tələsmək də istəmirik ki, yanılmayaq. Sosial şəbəkələrdən uzağam, amma diam fikirlərlə maraqlanıram. Azarkeşlər də komandanın yaxşı olmasını istəyir. Bu yöndə işlər gedir. İstəyirik ki, transferlər edək. İnanın ki, asan və rahat deyil. Bəzən sonda kiçik elementlər bizə mane olub. Əlimizdəki oyunçuların da sağlamlığını və formasını qoruyub saxlamaq niyyətindəyik".

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq. (Report.az)
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

12:46

"Liverpul" PSJ ilə danışıqlara başladı - Barkola "hə" dedi, fransızlar məbləği qaldırdı

12:27

Endrik yenə "Real Madrid"dən ayrılır?

Facebookdan bizi izləməyi unutmayın.
X