16:00 24.07.2021 1720

"Qarabağ"ın legionerləri yaxşı səviyyədə deyil" - Vaqif Cavadov

"Qarabağ"ın Avropa Liqasında Norveç "Rusenborq"u üzərində tarixi qələbəsindən 12 il ötür. Mütəxəssislər bu qələbəni "Qarabağ"ın dirçəlişinin startı kimi qiymətləndirir. 

Sözügedən qarşılaşmada həlledici qolu Ağdam klubunun kapitanı Rəşad Sadıqov vursa da, o qolda ötürməni verən Vaqif Cavadovun da rolu var. 

Fanat.Az veteran futbolçunun həmin oyunla bağlı xatirələrini öyrəndi. 

"Oyun yadımdadır. Bu, bir tarixdir. Bizim üçün həmin matç olduqca önəmli idi. Boyük maraq var idi. Azarkeşlər bizi Tofiq Bəhramov stadionuna kimi atlarla müşayiət etdilər. Biz oyundan öncə meydana qızınma hərəkətlərini yerinə yetirmək üçün çıxanda tribunalar artıq dolu idi. Bizim üçün çox möhtəşəm oldu. Rəşadın qolunu qeyd etmək istərdim. O qələbədə mənim də payımın olduğu üçün çox xoşbəxtəm. Komandama cərimə zərbəsi qazandırdığım və məhsuldar ötürmə etdiyim üçün çox şadam.  Artıq Qarabağ bizimdir və inanıram ki, "Qarabağ" futbol klubu da öz evində - "İmarət" stadionunda oyunlarını keçirəcək".


Vaqif Cavadovla söhbətimiz zamanı sabiq klubunun UEFA Konfrans Liqasında "Aşdod"la görüşü barədə də fikirlərini soruşduq: "Baxmayaraq ki, oyundan öncə çoxları "Qarabağ"ın asanlıqla qalib gələcəyini düşünürdü, yadda saxlamaq lazımdır ki, futbolda gözlənilməz nəticələr olur. Nisbətən zəif qiymətləndirilən komanda sonadək güclü mübarizə aparıb qalib gələ bilər. "Aşdod"la oyunda biz bunu gördük. Kluba yeni transferlər lazımdır. Bu, baş versə, komandanın imkanları genişlənəcək. Yerli futbolçularla yanaşı xarici futbolçular da olmalıdır. Hazırda "Qarabağ"ın legionerləri yaxşı səviyyədə deyil".

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qarabağ" evdə İsrail "Aşdod"u ilə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə başa çatıb. Bu komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək. 
 
Röya
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X