10:37 02.08.2021 1671

Tahir Süleymanov: "Komandalarımıza psixoloji dayaq olmaq zamanıdır"

"Ötən həftələrdə avrokuboklara vəsiqə qazanmış komandalarımız tam tərkibdə yarışa qoşuldular. Təəssüf ki, ilk mərhələdən "Keşlə", "Sumqayıt" sıradan çıxdı. Tək ümid "Neftçi" və "Qarabağ"adır. Qarşıdan məsul, ağır oyunlar gəlir".
 
Bu sözləri Fanat.Az-a tanınmış futbol mütəxəssisi Tahir Süleymanov klublarımızın avrokuboklarda çıxışlarını dəyərləndirərkən deyib. 
 
Keçmiş FİFA referisi, "Neftçi" klubunun sabiq vitse-prezindentinin sözlərinə görə, "Komandalarda problemlər, obyektiv, subyektiv yanaşmalar yetərincədir. İndi geniş təhlillər aparıb mövcud durumu incələsək, komandalara böyük təzyiq ola bilər. "Neftçi" çempion olub və Çempionlar Liqasında məğlub olsa da, avrokuboklarda yolunu davam edir. UEFA-nın turnirlərlə bağlı tədbiq etdiyi yeniliklərdən sonra çempion komandaların imtiyazları inanılmaz dərəcədə  çoxalıb.
Avropa, ardınca Konfrans liqaları... Qruplara qatılmaq yolunda çox böyük şans yaranıb. Əgər biz bunları bilərək analizlərimizi sonraya saxlayırıqsa, klub daxilində nə qədər problemlər olsa da, şikayətlər, bəhanələr edilməməli, qarşıdakı oyunlar, qələbələr, qruplar düşünülməlidir. Problemlər tək transferlərlə bağlı deyil, daha genişdir. İndi bunları kənara qoyub hamı bir olmalı, dəstəyini əsirgəməməli, fanat-azarkeşlərin möhtəşəm dəstəyi ilə ancaq uğurlar düşünülməlidir. Bu gün Azərbaycan futbolu adına komandalarımıza psixoloji dayaq olmaq zamanıdır. 

Geniş təhlillərimizi qarşıdakı matçlardan sonra edərik. "Neftçi"yə, "Qarabağ"a növbəti mərhələdə qələbələr arzusu ilə..."
 
Qeyd edək ki, Çempionlar Liqasında çıxış edən "Neftçi" Yunanıstan "Olimpiakos"una məğlub olaraq (0:1, 0:1) Avropa Liqasına düşüb. Ölkə çempionu turnirin III təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə qarşılaşacaq.
 
UEFA Konfrans Liqasında çıxış edən Azərbaycanın 3 klubundan -  "Sumqayıt” "Çukariçki”ni ( 0:0, 0:2), "Keşlə" isə "Soçi"ni (0:3, 2:4) keçə bilməyib. 
"Qarabağ” isə İsrail "Aşdod”unu (0:0, 1:0) üstələyərək Konfans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Ağdam təmsilçisi növbəti mərhələdə Kiprin AEL komandası ilə qarşılaşacaq. 

Röya Kərimli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
10:51

"Sabah" bir addım öndədir" - Arif Əsədov

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

Facebookdan bizi izləməyi unutmayın.
X