18:38 18.08.2021 1170

"Heç vaxt söz verməmişəm ki..." - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyanın "Aberdin" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis rəqibə imkan verməməyə çalışacaqlarını deyib:

"Çox vacib oyuna çıxacağıq. Rəqibin açıqlamalarında görünür ki, inamlıdırlar. Qələbəyə ümid edirlər. Bu, onların özlərinə inamından irəli gəlir. Biz də istəkliyik. İlk matç Bakıda keçirilsə də, hər şey cavab oyununda həll olunacaq. Futbolçular "Aberdin"i yaxından tanıyırlar. Onlar son zamanlar daha çox istəklidirlər. Sabah meydanda mübarizə həddindən artıq çox olacaq. Nəinki baxımlı oyun. Rəqibə boşluqlar verməməyə çalışacağıq".

“Aberdin”in ən təhlükəli silahı nədir" sualına Qurbanovun cavabı belə olub: "Fiziki göstəricilərdə yaxşıdırlar, standart vəziyyətlərdə təhlükəlidirlər. Topla davranmağı xoşlayırlar. Çox rahat qol vurmaq bacarıqları var. Bəzən heç nədən qol epizodu yarada bilirlər. Mübarizə aparmağı xoşlayırlar. Hər şeydə diqqətli olmalıyıq. Hər epizoddan maksimum yararlanmağı bacarırlar. Bütün komponentlərdə diqqətli olmalıyıq".

Qurban bəy Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yaxşı olmadığını qeyd edib: "Sabah ot örtüyü əvvəlkindən yaxşı olmayacaq. Çünki cəmi bir həftə keçib. Biz də çox istəyərdik ki, yaxşı meydanda oynayaq. Topla davranmaqda çətinlik çəkəcəyik. Amma rəqib hava mübarizələrində yaxşıdır. Bunun qarşısını almağa çalışacağıq".

Komandasının bu mövsüm oyunlarda bir qoldan çoxunu vura bilməməsi ilə bağlı sualı cavablandırarkən daha çox qol vurmaq istərdiklərini bildirib: "Biz azarkeş üçün oynayırıq. Azarkeş qələbə ilə yanaşı, qollardan da həzz alır. Qarşımızda duran rəqib də boşluq vermir ki, istədiyimiz qədər qol vura bilək. Bizə qarşı bütün rəqiblər həddən artıq ciddi yanaşır. Bu, bir tərəfdən sevindirsə də, işimizi də çətinləşdirir. Əvvəllər bizi çox ciddiyə almırdılar, bu da meydanda işimizi asanlaşdırırdı. Çox qol vurmağı özüm də xoşlayıram. Futbolçularımın daha yaxşı performans sərgiləməsini və çox qol vurmalarını istərdim. Ancaq belə turnirlərdə qol buraxmamaq da çox vacibdir. Bu üzdən həm hücumda, həm də müdafiədə oynamaq önəmlidir".

Çalışdırıcı sabahkı oyunda qələbə sözü verməyib: "Heç vaxt söz verməmişəm ki, mütləq qalib gələcəm. Həmişə söz vermişəm ki, komandam yaxşı mübarizə aparacaq. Qalibiyyət üçün ən yaxşısını etməyə çalışacağıq. Mən də futbolçularıma güvənərək deyirəm ki, sabah azarkeşlər oyundan razı qalacaqlar".

Qurbanov hücumçu axtarışlarının davam etdiyini bildirib: "Çox axtarırıq, danışıqlar gedir. Tezliklə müsbət də ola bilər. Konkret cavab gözlədiyimiz bir neçə oyunçu var. Bu, təkcə hücum yox, müdafiə və yarımmüdafiə mövqeyinə də aiddir. Bəzən düşünmədiyimiz elementlər ortaya çıxır, danışıq yarımçıq qalır".

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X