23:12 19.08.2021 3303

Səbəbkar "əməlini" tribunadan izlədi - Oyundankənar

Bu mövsüm avrokuboklarda bütün liqalarda - ÇL, AL VƏ KL-da çıxış edən "Neftçi" bu gün sonuncu turnirin pley-offunda Hayfa "Makkabi"si ilə qarşılaşdı. Cütün ilk duelində  bol qollu bərabərlik qeydə alındı. Halbuki, "Neftçi" oyunun gedişində 2 top fərqi ilə önə keçməyi bacarmışdı. 

"Bakcell Arena"da baş tutan qarşılaşmadakı bir sıra məqamlara isə ayrı-ayrılıqda nəzər salmağa dəyər.

* Hələ oyunun startına 1 saat qalmış arenanın ətrafında qələbəlik hökm sürürdü. Fəallıq göstərən tərəfdarlar stadionun kənarında fişəng yandıraraq atəşfəşanlıq etdilər. 

* Bir gündə iki klubumuzun avrokubok matçı keçirməsi azarkeş kontingentinin bölünməsinə yol açmışdı. Həm də görünür, əksəriyyət 1 saat tez başlayan, əlverişli məkanda olan "Qarabağ" - "Aberdin" oyununa yollanmışdı. Hər halda, "Bakcell Arena"da 1000-1500 azarkeş olardı, ya olmazdı. 

* "Makkabi"də əsas heyətdə yer almayan futbolçular oyunöncəsi 7-8 nəfərlik qrup şəklində "Forza Neftçi"nin yer aldığı tribunanın yaxınlığında "kvadrat" oynayırdı. Fanatlar rəqib futbolçuların oyununa aludə olub onları alqışlayır, kimsə topu itirəndə uğultu səsi çıxarırdılar. İsraillilər də "Neftçi" azarkeşlərinin bu dəstəyinə səmimi qarşılıq verirdi. 

* Məşqçilər Komitəsinin üzvləri Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov "Neftçi"nin oyununu stadiondan izləyirdi. 

* Yarım saatın tamamında rəqibin əks-hücumu qayda pozuntusundan sonra qazandığını düşünən Samir Abasov hakimin qərarına kəskin etiraz etdi. Hücumun başa çatmasını gözləyən fransalı referi daha sonra baş məşqçiyə yaxınlaşıb sarı vərəqə ilə cəzalandırdı. 

* Qırmızı vərəqə alıb meydandan kənarlaşdırılan İsmayıl Zülfüqarlı tribunaya qalxıb matçı media sektorun yaxınlığındn izlədi. Halbuki, onun buna icazəsi yoxdu. 

* Üstünlüyünü əldən verməsinə və artıq 6 oyundu qələbəyə həsrət qalmasına rəğmən, azarkeşlər hakimin final fitindən sonra komandanı alqışlarla yola saldılar. Başda baş məşqçi Samir Abasov olmaqla, futbolçular onlara yaxınlaşıb isti münasibətlərini qarşılıqsız qoymadılar. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Avqust 2026
10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: "Fənərbağça" "Şturm"u qəbul edir

09:48

Məhəmməd Salah "Trabzonspor"da - RƏSMİ

09:25

"Sabah"ın Ulduzları"nda 2-ci tur başlayır - "Şəfa" yarışdan uzaqlaşdırıldı

09:00

Çempionlar Liqası: "Sabah" Danimarka çempionu ilə qarşılaşır

01:41

AL: 3-cü təsnifat mərhələsinə start verildi

01:30

KL: "Auda" minimal hesablı qələbəyə sevindi

01:14

ÇL: "Dinamo Zaqreb" darmadağına sevindi

00:33

"Trabzonspor" Salahı necə razı saldı?

04 Avqust 2026
23:43

"Turan Tovuz"dan 2 milyon dollarlıq müqavilə

23:12

Reynders A Seriyasına qayıdır

22:48

"Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib

22:14

Fisnik Aslani "Leyptsiq" yolunda

21:51

Valdas Dambrauskas "Orhus"la matçdan əvvəl belə danışdı

21:19

"Tottenhem" Qakpo üçün hərəkətə keçdi

20:40

"Real"ın argentinalı ulduzu İtaliyaya gedir

20:19

"Qalatasaray" gənc futbolçunu istəsə də...

19:59

"Şamaxı" "Qəbələ"ni üstələdi

19:48

AMADA-nın maarifləndirmə proqramı keçirildi

19:21

Sadiq Quliyev "Karvan-Yevlax"da - RƏSMİ

18:48

I Liqada yeni mövsümün püşkü atıldı

18:09

Azərbaycan millisinin sabiq oyunçusu Region Liqasının debütantında oynayacaq

17:46

"Neftçi" bu komanda ilə yoxlama oyununa çıxacaq

17:32

"Kəpəz" moldovalı yarımmüdafiəçini heyətinə qatdı

17:13

"Şimal" "Metak"ın təmir edilməsini gözləyir

17:07

"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verdi

16:48

Azərbaycanda yeni komanda yaradıldı

16:30

"Onlar da çempionluğa oynayacaqlar, amma..." - Vüqar Həsənov azarkeşlərə səsləndi

16:12

"Boluspor" azərbaycanlı futbolçunu transfer etdi

15:54

"Karvan-Yevlax" Elvin Yunuszadə ilə bağlı qərarını verdi

15:36

Ötən mövsümü Albaniyada keçirən azərbaycanlı qapıçının yeni iş yeri bilindi

15:18

Qurban Qurbanov jurnalistlərlə görüşəcək

15:01

Nəriman Axundzadənin "Ərzurumspor"da keçidi necə baş tutub? - Meneceri detalları açıqladı

14:42

"Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək

14:24

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə oyunda neçə azarkeş dəstəkləyəcək?

14:24

Aslan Kərimov: "Qarabağ"la müqayisədə "Sabah"ın oyunu daha çətin keçəcək"

14:06

"Baku Sportinq" sponsorsuz oynayacaq

13:48

MOİK "bayquşlar"a qarşı

13:30

"Kağız üzərində favorit "Qarabağ"dır" - Aslan Kərimov

13:05

"İmişli" Ronaldo ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X