"Roma"nın baş məşqçisi Joze Mourinyu (Jose Mourinho) Konfrans Liqasının qrup oyununda Norveç təmsilçisi "Budyo Qlimt"ə 1:6 hesablı məğlubiyyəti şərh edib.
Fanat.Az "Sky İtalia" saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb:
"Bu mənim günahımdır. Gənc heyətlə oynamaq, bəzi futbolçulara oyun şansı vermək istəyirdim. "Roma"da bir qrup oyunçu ilə digər qrup arasında əhəmiyyətli dərəcədə fərq var.
"Budye-Qlimt" bizim heyətdən daha keyfiyyətli komandadır. Ən azından bu gün (dünən -red.) belə idi. Rəqibin oyunçuları ilk dəqiqələrdən meydana buraxdığım futbolçulardan daha keyfiyyətli idi".
Qeyd edək ki, "Roma" portuqaliyalı məşqçinin rəhbərliyi altında ilk dəfə bir oyunda 6 qol buraxıb.
Emin Şəmsiyev