"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Kayrat" Qazaxıstan Kubokunun qalibi olub.
Fanat.Az xəbər verir ki, finalda Karaqanda "Şaxtyor"u ilə qarşılaşan Almatı təmsilçisi rəqibini penalti seriyasında üstələyib.
Görüşün 90 dəqiqəsi 2:2 başa çatıb, əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər. Beləliklə, oyun 3:3 başa çatıb. "Lotoreya"da isə "Kayrat" sevinən tərəf olub.
Bu qələbə sayəsində Almatı klubu kuboku 10-cu dəfə başı üzərinə qaldırıb.
Oyunda vurulan qolların görüntüsünü təqdim edirik: