"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" əldə etmək istədiyi futbolçudan "yox" cavabı alıb.
Fanat.Az xəbər verir ki, söhbət "Nant"ın gənc hücumçusu Kolo Muanidən gedir.
Jurnalist Fabrise Havkins "Twitter"dəki hesabından paylaşım edərək 23 yaşlı forvardın Almaniyaya üz tutacağını iddia edib. O, Muaninin müştərisinin çox olduğunu bildirib: "Bu dəqiqə xeyli klub Kolonu əldə etmək üçün startdadır. Fransadan başqa, ona İtaliya, Rusiya, Türkiyə və Almaniyadan təkliflər var. Görünən odur ki, Kolo Almaniyaya istiqamətlənəcək. "Olimpik Marsel"ə gəlincə, klub transfer həyata keçirmək üçün kimisə satmalıdır. Çünki maliyyə imkanı geniş deyil. Bu üzdən Muani marsellilərə "yox" cavabı verib".
Xatırladaq ki, “Qarabağ”ın “Olimpik Marsel”lə ilk görüşü fevralın 17-də Fransada keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.
Mirağa