FIFA "Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi "Olimpik Marsel"ə transfer qadağası qoyub.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Xəbərə görə, buna səbəb Fransa klubunun Pape Gueye transferində yol verdiyi qayda pozuntusudur. 23 yaşlı yarımmüdafiəçi 2020-ci ilin yayında İngiltərə "Uotford"undan transfer olunub.
Beləliklə, "Olimpik Marsel" qarşıdakı iki transfer dönəmində heyətinə futbolçu cəlb edə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.