12:52 14.02.2022 642

Qara Qarayev: "Fransadan müsbət nəticə ilə qayıda bilərik" - VİDEO

“Qarabağ”ın futbolçusu Qara Qarayev “Olimpik Marsel”lə Konfrans Liqası matçından əvvəl UEFA-nın rəsmi saytına açıqlama verib.

Fanat.Az 30 yaşlı yarımmüdafiəçinin sözlərini belə çatdırır: 

"Diqqətli və kollektiv şəkildə oynasaq, Fransadan müsbət nəticə ilə qayıda bilərik. Onlar artıq bir dəfə bu titula sahib çıxıblar. Düzdür, çoxdan olub. Amma bu, " Olimpik Marsel"in köklü, güclü və Fransanın ən böyük klublarından biri olduğuna sübutdur. Amma son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. "Olimpik Marsel" güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq".

"Qarabağ"ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmış ilk komanda olduğunu söyləyən təcrübəli oyunçu artıq Ağdam təmsilçisinin bütün ölkələrdə tanındığını vurğulayıb: "Qrupda İspaniyanın "Atletiko" (Madrid) klubu ilə heç-heçə etmişik. Ən əhəmiyyətli dəyişiklik odur ki, biz artıq səfərdə oynayanda da rəqib komanda və baş məşqçi bizi ciddi qəbul edir və hörmətlə yanaşır. Sözsüz, “Qarabağ” hazırkı səviyyəyə gəlibsə, bu, ilk növbədə zəhmət hesabına olub. İndi başqa ölkələr bizə hörmət etməyə borcludurlar. Hesab edirəm ki, bu, bizim üçün Avropa yarışlarında əsas göstəricilərdən biridir. "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin bizim haqqımıda səsləndirdiyi fikirlər "Qarabağ"ın Avropada özünə real yer tutduğunun bariz sübutudur. Bu, bir çox nümunədən yalnız biridir. Biz artıq Avropada tanınır, hətta çox yaxşı formada sayılırıq. Çempionatımızın UEFA əmsalına baxmayaraq, komandamız çox yaxşı reytinqə malikdir.

Avropa Liqasının qrup mərhələsinin son oyununda İsveçrə "Bazel"inə səfərdə uduzmasaydılar, birbaşa 1/8 finala yüksələ bilərdik. Lakin qrupda birinci yeri tutmaq şansını əldən verdik. Əks-halda bu tarixi hadisə artıq reallığa çevriləcəkdi. Uzun illərdir avrokubokların qrupunda oynayırıq. Lakin hər dəfə qrupumuza daha güclü rəqiblər düşməsi bizi pley-offa çıxmaq xəyalımızdan bir az da uzaqlaşdırırdı. Amma cari mövsümün əvvəlindən özümüzə inanırdıq. Qrupumuzda "Bazel", Qazaxıstan "Kayrat"ı, Kipr "Omoniya"sı kimi yaxşı komandalar olsa da, növbəti mərhələyə yüksəlmək üçün lazım olan əzm və bəxtimiz var idi. Bu, unudulmaz andır. Biz "Qarabağ"ın tarixində yeni səhifə yazırıq".

Futbolçu bundan sonra daha ciddi və diqqətli olmağın önəmini qeyd edib: "Çünki müəyyən səviyyəyə çatanda azarkeşlərin uğursuzluğu qəbul etməsi getdikcə çətinləşir və onları razı salmaq üçün daha yaxşı işləməlisən. Pley-off oyunlarından sonra nələrin baş verəcəyi barədə danışmaq istəmirəm, amma biz üzərimizə düşən məsuliyyəti hiss edirik. Bilirik ki, növbəti illərdə azarkeşlərimizi sevindirməyə davam etmək üçün yeni zirvələrə çatmalı olacağıq".

Azərbaycan millisinin də formasını geyinən yarımmüdafiəçi bu mövsüm yaxşı komanda formalaşdırdıqlarını bildirib: "Bizə yeni oyunçular qoşulublar. Əminik ki, onlar komandaya çox şey gətirə və daha yaxşı oynamağımıza kömək edə bilərlər. Bu mövsüm əsas məqsədimiz Konfrans Liqasında qrupdan çıxmaq və növbəti mərhələyə adlamaq idi. Düşünürəm ki, komanda son oyunadək yaxşı aqressivlik nümayiş etdirdi. Oyun səviyyəmiz həm evdə, həm də səfərdə çox yaxşı olaraq qalır".

Qarayev ilk dəfə təşkil olunan turnirin qrup mərhələsində qapıya ən çox dəqiq zərbə vuran komandalardan biri olduqlarını əlavə edib: "Fikrimcə, bu göstəricidə rəqiblərimizin əksəriyyətindən üstün olduq və qrupdakı yeganə məğlubiyyətimizi son oyunda aldıq. Ümumiyyətlə, "Qarabağ" bu mövsüm daha yaxşı çıxış edir. Növbəti addım ən azı bu cür davam etməkdir".

Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

Facebookdan bizi izləməyi unutmayın.
X