UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Macarıstanın "Fehervar" klubu hazırlıq çərçivəsində daha iki yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, macarlar iyulun 6-da, Bakı vaxtı ilə saat 20:30-da "Fənərbağça" ilə üz-üzə gələcəklər.
4 gün sonra "Neftçi"nin KL-dəki rəqibi - Kipr "Aris"i ilə gücünü sınayacaq "Fehervar" iyulun 13-də daha bir Türkiyə nəhəngi "Qalatasaray"a qarşı mübarizə aparacaq.
"Fehervar" "Qəbələ"yə qarşı ilk oyununu iyulun 21-də, öz meydanında keçirəcək. Cavab qarşılaşması isə iyulun 28-də, Qəbələ şəhər stadionunda baş tutacaq.
Emin