10:11 04.11.2022 1965

"Medinanı günahlandıra da bilmirəm" -  Aslan Kərimov

Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ" öz meydanında Almaniya "Frayburq"u ilə qarşılaşıb.

Matç 1:1 hesabı ilə başa çatıb. Yekunda 8 xalla qrupda 3-cü olan olan Ağdam təmsilçisi avrokuboklarda yoluna UEFA Konfrans Liqasında davam etdəcək.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın dünənki çıxışını dəyərləndirib:

"Düzü, deyiləsi çox şey yoxdur. Görüşün texniki tərəfini də çox incələmək istəmirəm. Belə uğursuzluqlara bir az soyuqqanlı yanaşmaq lazımdır. Çünki qrupdakı oyunları yüksək səviyyədə keçirmişik.

Sırf bu matça baxsaq, etiraf etməliyik ki, səhvlərimiz oldu. Belə qollar buraxmamalıydıq. Topla olan oyunçunun qarşısında heç kimin olmaması, nəticədə onun təkbətək qalıb penalti qazanmasına gətirib çıxartdı. Sözsüz ki, qırmızı vərəqə də görüşün nəticəsinə təsir etdi.

Medinanı günahlandıra da bilmirəm. Çünki bəzən görürsən ki, müdafiəçilər sərt oynamalıdır. Amma oyunçular həmin sərtlik və kobudluq arasındakı incə sərhədi saxlaya bilmir.

Ümumi baxsaq, bu qrupdan çıxmalıydıq. "Nant"ın mərhələ adlaması mənim üçün şübhə doğururdu, amma göründüyü qədər böyük klublar lazım olan anda 3 xalı qazana bilir.

"Qarabağ"ın səhvləri onu qrupda 2-ci olmaqdan məhrum etdi. Bu da bizim üçün bir təcrübə olsun. Qrup mərhələsini adlamağa bu qədər yaxın olmamışdıq. Əvəzində bununla üzləşdik. 

Konfrans Liqasında daha rahat çıxış edə biləcəyik. Çünki Avropa Liqasının oyunları ilə Konfrans Liqasının oyunları bir-birindən fərqlənir. Ümid edirəm ki, turnirin ən güclü rəqibi bizə düşməyəcək. KL-də ən azı bir mərhələ adlaya biləcəyik. 

Məyusam. Tək mən yox, düşünürəm ki, bütün futbol azarkeşləri belədir. Yaxşı oyun nümayiş etdirib sonda qrupdan çıxmamaq insanı insanı məyus edir. Bu səviyyədə olan matçda xırda səhvlər hər şeyi həll edir.

Cüzi səhv edirsənsə, futbol prinsiplərindən kənara çıxırsansa, istənilən halda bu səviyyədə olan rəqiblər bizi cəzalandırmalıdır. Necə ki, adətən bizim hücum xəttimiz rəqibin xırda səhvindən istifadə edir, eləcə də bizə qarşı bu prinsip işləyir. "Frayburq" ilk oyundan sonra bizi daha yaxşı tanımağa başladı. 

Sağlıq olsun. Ümid edirəm ki, UEFA KL-də azarkeşlərimizi sevindirib daha böyük nailiyyətlər əldə edəcəyik". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X