08:00 08.11.2022 928

"Oyunlar "Qarabağ"ın diqtəsi ilə keçəcək" - Aslan Kərimov

UEFA Konfrans Liqasında 2022/23-ci illər mövsümünün pley-off mərhələsinin püşkü atılıb.

Turnirdə yeganə təmsilçimiz "Qarabağ"ın 1/16 final mərhələsindəki rəqibi də müəyyənləşib."Köhlən atlar" Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "Qarabağ"ın Belçika klubuna qarşı oyunda şanslarını dəyərləndirib.

"Gent" düşə biləcək ən uyğun rəqiblərdən biridir. Şübhəsiz ki, "Dnepr" kimi bir komanda olsaydı, daha yaxşı olardı. Amma bundan da çətin rəqib ola bilərdi. Məsələn, "Fiorentina". Bu, bizim üçün problem yarada bilərdi. Müqayisə etsək "Gent" ortabab bir rəqibdir.

Oyun üslublarına baxsaq müşahidə edərik ki, 5-li müdafiəyə üstünlük verirlər. Ümumiyyətlə, Belçika təmsilçilərinin çoxu 3-lü mərkəz müdafiəçisi ilə çıxış edir.

Fikrimcə, oyunlar "Qarabağ"ın diqtəsi ilə keçəcək. Onlar da "Qarabağ"ın oyunlarını analiz edəcəklər. Ən azı komandamızın hücum potensialını bilirlər.

İlk oyunda daha diqqətli oynayacaqlar. Müdafiəni meydanın özlərinə aid hissəsində qurmağa çalışacaqlar. Ehtimal edirəm ki, bizə qarşı da 5 nəfər müdafiəçi ilə oynayacaqlar.  3 mərkəz müdafiəçisi ilə cərimə meydançasının qarşısını bağlayacaqlar ki, "Qarabağ"ın öldürücü hücumu qapıya yol tapa bilməsin. Bizim futbolçulara boşluq verməməyə çalışacaqlar. Və sözsüz ki, əks-hücumlara bel bağlayacaqlar.

Belə bir sxemə qarşı "Qarabağ" futbolçuları topu özlərində nə qədər çox saxlasalar o qədər də təhlükəli imkanlar əldə edəcəklər. Fikrimcə, birinci oyunda biz yaxşı nəticə əldə edə bilərik. Bakıdakı oyun maraqlı və "Qarabağ"ın üstünlüyü ilə keçəcək. Bu cütün qalibi biz ola bilərik. "Qarabağ"ın şanslarını yüksək qiymətləndirirəm". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X