"Çelsi"nin futbolçusu Danni Drinkvaterin İngiltərə milli komandasından imtinasının səbəbi müəyyənləşib. Fanat.Az xəbər verir ki, ulduz futbolçu milli komandadan təklif alsa da, bundan imtina edib.
İngiltərə mətbuatının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi məşhur realiti şou ulduzu Corcinya Leyg Kantvell ilə görüşmək üçün milli komandanın təklifini qəbul etməyib. Braziliya ilə yoldaşlıq oyunu üçün aldığı dəvəti "hazır deyiləm" deyərək rədd edən Drinkvater həmin saatlarda televiziya ulduzu ilə yeməkdə olub.
"Drinkvaterin zədəsi yox idi. Milli komandanı rədd etməsinə səbəb Corcinya ilə yeməyə çıxmağın həyacanı idi. Milli komandanın oyununa görə uzun müddətdi razı salmağa çalışdığı Corcinyanı itirmək istəmədi" deyə İngiltərə mediasına məlumat verən mənbə bildirib.
Qeyd edək ki, Drinkvater 2016-cı ildə milli komandada 3 oyun keçirib.
Fanat.Az