"Arsenal"ın elçisi olan Ektor Bellerinin keçmiş sevgilisi Eşa Qupta qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, hindistanlı modelin London klubunun nigeriyalı futbolçusu Aleks İvobi ilə bağlı "Instagram"dakı irqçi paylaşımı tənqidlə qarşılanıb.
Belə ki, 33 yaşlı model bir rəfiqəsinin etdii "WhatsApp" söhbətinin ekran görüntüsünü paylaşmışdı. Həmin söhbətdə Aleks İvobi üçün "qorilla" sözündən istifadə olunur.
Eşa Qupta tənqidlərdən sonra "Twitter" hesabından açıqlama yayaraq üzr istəyib. "Arsenal" azarkeşi olan hindistanlı gözəl mesajında bu sözləri yazıb:
"Sözügedən yazışma oyun zamanı məyusluğumuzun göstəricisi idi. Bunun irqçilik ola biləcəyini düşünmədiyim üçün üzr istəyirəm. Orada güldüyümüz şey oyunun hesabı idi. Mən də əvvəllər irqçilik qurbanı olmuş bir insanam. Amma bu qürur duyduğum bir şey deyil, bir səhvdi. Üzr istəyirəm.
Yazılanları irqçilik olaraq düşündüyünüz üçün çox məyus oldum. Bir idmansevər olaraq mənim üçün pis vəziyyətdi. İrqçilik etmək niyyətim yox idi. Xahiş edirəm, axmaqlığımı bağışlayın".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol