Türkiyənin məşhur futbol eksperti Erman Toroğlu gənc qadınla əl-ələ görüntülənib.
72 yaşlı keçmiş hakim İstanbulda gəzərkən obyektivlərə tuş gəlib.
Fotolarının çəkildiyinin fərqinə varan qadın dərhal Toroğlunun əlini buraxıb.
Bundan əvvəl Toroğlu ilə əl-ələ dolaşan qadın yolun əks tərəfinə keçərək gəzməyə təkbaşına davam edib.
Qeyd edək ki, Toroğlu 1974-cü ildə evləndiyi Şükran Toroğludan 2017-ci ildə boşanıb. Onların bu evlilikdən iki övladı var.