PSJ-nin ulduzu Lionel Messi Mayamidəki evini satır.
Fanat.Az xəbər verir ki, Atlantik okeanı sahilindəki mənzərəli binada yerləşən mənzildə şəxsi avtomobil lifti belə var. Argentinalı 2015-ci ildə aldığı mənzildən istifadə etməyib.
Messi 4 yataq, 5 vanna otağı, hovuz, idman zalı və kinoteatr olan 300 kvadratmetrlik mənzil üçün 7 milyon dollar tələb edir.
Ümumilikdə mənzilin yerləşdiyi 51 mərtəbəli binada virtual oyun otağı, salon və özəl restoran fəaliyyət göstərir.
Qeyd edək ki, Messi ötən ilin aprelində bu mənzilin yanında 7,3 milyon dollara daha bir lüks ev alıb.