Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin qaliblərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, qaliblər 15 nominasiya üzrə elan olunub və 60 jurnalist qalib seçilib. Qaliblər aşağıdakı kimi müəyyənləşib: "Ən yaxşı reportaj” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı bədii publisistika” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı ictimai-siyasi təhlil” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı sosial-iqtisadi təhlil” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı müsahibə” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı mədəniyyət materialı” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı idman reportajı və ya təhlili” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı köşə yazısı” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı jurnalist” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı oçerk” nominasiyası üzrə 5 nəfər, "Ən yaxşı ictimai-siyasi reportaj” nominasiyası üzrə 2 nəfər, "Ən yaxşı iqtisadi reportaj” nominasiyası üzrə 2 nəfər, "Ən yaxşı sosial reportaj” nominasiyası üzrə 2 nəfər, "Ən yaxşı mədəniyyət reportajı” nominasiyası üzrə 2 nəfər, "Ən yaxşı idman reportajı” nominasiyası üzrə 2 nəfər qalib olub.
İdman jurnalistlərindən Vüqar Məmmədov (komanda.az), Natiq Muxtarlı ("Kaspi” qəzeti), İlqar Tağıyev ("525-ci qəzet"), Zaur Xudiyev (Oxu.az) və Teymur Maksudov (1 news.az) "Ən yaxşı idman reportajı və ya təhlili” nominasiyası üzrə, İlkin Fikrətoğlu (Sportinfo.az) ""Ən yaxşı oçerk” nominasiyası, Sənan Şəfizadə (ATV) və Günəş Musayeva (ARB24) isə "Ən yaxşı idman reportajı” nominasiyası üzrə qalib elan olunub.
Qalib olan həmkarlarımızı təbrik edirik!