15:27 05.08.2021 497

Uşaq evlərində idman niyə təbliğ olunmur - Federasiyalar nə düşünür?

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 
Hər bir cəmiyyətin prioritetlərindən biri sağlam gələcəyin təminatıdır. Sosial yönümlü siyasətə üstünlük verilən Azərbaycanda cəmiyyətin gələcəyi olan uşaqların təhsili və yaşayış şəraiti kimi, sağlamlığına da xüsusi əhəmiyyət verilir. Bununla belə, sosial qayğıya ən çox ehtiyacı olan təbəqə kimsəsiz uşaqlardır. Uşaq evlərinin sakinlərinə dövlətin qayğısı, aparılan tədbirlər bütünlükdə onların gələcəyi üçün tam təminat vermir. Valideyn qayğısı olmadan böyüyənlər bəlli yaşa gəldikdən sonra yaşadıqları yeri tərk etmək məcburiyyətində qalırlar. Bu günahsız uşaqlar ikinci zərbəni də cəmiyyətdən almalı olurlar. Bax, bu zaman vəziyyət daha acınacaqlı olur...
 
İnkaredilməz faktdır ki, narkomaniya təkcə Azərbaycanın yox, bütün dünyanın bəlasına çevrilib. Dövlətimizin güc strukturları xüsusilə son dövrlərdə sərt tədbirlər həyata keçirsə də, inzibati yolla yanaşı, təbliğat, maarifləndirmə də unudulmamalı, cəmiyyətin sağlamlaşdırılması paralel həyata keçirilməlidir. Məsələ burasındadır ki, əsasən valideyn himayəsi olmadan, internat evlərində böyüyən kimsəsiz uşaqlar müstəqil həyata hazır olmadan atılır, çoxu gənc yaşlarında küçədə qalmaq təhlükəsi ilə üzləşir. Uşaq evindən çıxarkən gənclərin əksəriyyətinin gedəsi yeri olmadığı üçün də onlar həyatın ən böyük "şillə"ni küçələrdə dadırlar. Belədə uşaq evinin "məzunları"nın bir çoxu qüsurlu həyat tərzinə meyllənir. Yəni həmin yaş dövründən sonra müstəqil həyata qədəm qoyan gənclərin çoxu ağır şəraitdə yaşamağa məcbur olurlar ki, nəticədə həyatın sərt qanunları onları caniyə, narkotik aludəçisinə, insan alverinin qurbanlarına, "bomj"a çevirir...
 
"Əvvəllər bizim Uşaq Evi 10 yaşa qədər olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdusa, sonradan böyükləri də qəbul etdik. Pandemiya dövründə idmanla məşğul olmaq mümkün deyildi. Əslində, pandemiyanı bəhanə edə bilmərik, bizdən heç vaxt peşəkar idmançı çıxmayıb. Bizim təhsil müəssisəsini bitirənlər əsasən peşə məktəblərinə üz tutur. Kollec, texnikum bitirən, ali təhsil alan, həkim, müəllim, mühəndis olan da var. Bircə peşəkar idmançı olmayıb. Çünki hansısa idman növünə aid federasiyalardan, klublardan gəlib maraqlanan, bacarıqlarını yoxlayan, peşəkar idmana istiqamətləndirən olmayıb”.
 
Bu fikirlər Azərbaycanda fəaliyyət göstərən bir neçə internat müəssisəsindən birinin – Suraxanı rayonunda fəaliyyət göstərən 2 saylı Uşaq Evinin rəsmisi, müdir müavini Məlahət Məmmədovaya məxsusdur. Göründüyü kimi, bu sahədə xeyli boşluqlar var. Bəs idman təşkilatları, federasiyalar kimsəsiz uşaqların idmana cəlb olunması, onların ən azından sağlam böyüməsində, ümidverici perspektivdə isə peşəkar idmançı kimi yetişməsində hansı addımlar atır?
 
 
 
Firuz Abdulla (AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): "AFFA kütləvi futbolun təşviqi layihələri çərçivəsində internat məktəblərində, uşaq evlərində, sağlamlıq məhdudiyyəti olan uşaqlar üçün xüsusi tədris müəssisələrində təhsil alan uşaqların futbolla məşğul olması, müxtəlif turnir və futbol festivallarında iştirakı üçün çoxsaylı tədbirlər təşkil edib. Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və planlaşdırılan tədbirlər var. Lakin COVID-19 pandemiyası ucbatından həmin layihələrin tətbiqi, tədbirləri təşkili prosesində ləngimələrlə üzləşirik”.
 
Kənan Məstəliyev (Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi): "Azərbaycan Ağır Atletika Federasiyası olaraq, sistem yaratmışıq. İldə 4 dəfə 4 zona üzrə yarışlar təşkil olunur. Regionda seçilən idmançılar yığmaya cəlb olunur. Sözsüz ki, belədə uşaqların və yeniyetmələrin paytaxtda qalması və təhsil məsələsi ortaya çıxır. AAAF bunu da yoluna qoyub. Bildiyiniz kimi, Xırdalanda AAAF yaşayış kompleksində "Zirvə" litseyi var. Orda sinif yaradılıb. Xüsusi istedadlı uşaqlar orda həm təhsil alır, həm də idman edir. Bir növ internat yaradılıb.
 
 
Bununla bərabər, internat məktəblərindən fəal idmana cəlb etdiyimiz uşaqlar var. Onu da deyim ki, daha çox qızları götürürük. Uşaq evindən atletikaya cəlb etdiyimiz bir neçə idmançının adını saya bilərəm. Məsələn, Şəfa Fərəcova, Leyla Qurbanlı və ən üzdə olanı, tanınanı Səbinə Əzimovanın adını çəkə bilərəm. Səbinə yeniyetmələr arasında üçqat Avropa birincisi, gənclər arasında Avropa çempionatının mükafatçısı, dəfələrlə Azərbaycan çempionu və ölkə kubokunun sahibidir. Bu il olimpiada da əsas medal ümidimiz idi, ancaq zədələndiyi üçün Tokioya gedə bilmədi.
 
11 yaşı olanda Səbinəni məşqçisi Taleh Hüseynov uşaq evindən götürüb məşqlərə cəlb etmişdi. Əvvəlcə klubu "Zirvə", ardından yığma rəhbərliyi onun qidalanması, məskunlaşması ilə bağlı xərcləri öz üzərinə götürüb. O, indi Azərbaycan ağırlıqqaldırmasında bir nömrəli qadın idmançıdır. Mütləq deyil kimsəsizlər evindən götürülən uşaq super idmançı olsun, elə idmanla məşğul olub zərərli vərdişlərdən uzaqlaşması da gördüyümüz işin müsbət cəhətidir. Federasiya olaraq, bu yöndə səylərimizi davam etdirəcəyik".
 
 
Sərxan Musalı (Güləş Federasiyasının mətbuat katibi): "Müxtəlif bölgələrdən istedadıyla seçilən, daxili yarışlarda fərqlənən idmançılar olur. Onlar bir çox hallarda Bakıda gətirilərək Respublika Olimpiya İdman Liseyində (ROİL) yerləşdirilir. Onlar bu internatda məskunlaşmaqla yanaşı, həm orda məşqlərini davam etdirirlər, həm də təhsillərini davam etdirirlər. Düzdü, uşaq evlərindən seçimlər aparılmayıb. Bununla bağlı layihələr olub. Xüsusən də qızların seçim prosesiylə bağlı müxtəlif fikirlər var. Bir neçə variant var. Variantlardan biri hansısa internatda güləş ləvazimatlarının yerləşdirilməsi və yeniyetmələrin güləşin sirrlərinə orda yiyələnməsidirsə, digər plana görə, ordakı uşaqların federasiyanın bazasında məşqlərə gətirilməsidi. Təbii ki, bu plan gerçəkləşsə, uşaqların daşınması üçün ayrıca nəqliyyat vasitəsi tutulacaq. Əslində sırf qızların internatdan seçilməsi əlverişlidi. Çünki bilirsiz ki, bizdə mentalitet məsələlərinə görə əksər valideynlər qız övladlarını belə idman növlərinə gətirməyə isti baxmır. Ancaq körpələr evində böyüyən uşaqların aktiv fəaliyyət sahələrinə cəlb olunması, onların cəmiyyətə daha tez inteqrasiyası üçün vacibdi. İnşallah, hər şey yolunda getsə, uşaq evləriylə bağlı qeyd etdiyim layihələr gerçəkləşdirilə bilər”.
 
Mirağa
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

 

 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Noyabr 2021
02:12

Liqa I: Daha iki oyun keçirildi

02:00

La Liqa: "Barselona" 3 xalı 3 qolla qazandı

01:34

A Seriyası: "Yuventus" məğlub oldu

27 Noyabr 2021
23:58

Bundesliqa: "Bayern Münhen" 3 xalı çətinliklə qazandı

23:39

İPL: "Arsenal" və "Liverpul"dan inamlı qələbə

22:34

Super Liqa: “Girəsunspor” “Beşiktaş”ı darmadağın etdi

22:31

“Neftçi”nin qələbəsi - VİDEO

21:27

"Səbail"in məşqçisi məğlubiyyəti şərh etdi

21:06

"Mbodjun barmağı sınıb və xəstəxanaya gedib" - Samir Abasov

20:42

"Bakcell Arena"da gərginlik: Kamran Ağayev Mbodjla... - OYUNDANKƏNAR

20:16

“Neftçi” və "Sabah"dan qələbə - YENİLƏNDİ

19:54

"Sabah" "Keşlə"ni məğlub etdi - VİDEO

19:27

İdmançımız dünya çempionu oldu

18:15

Murad Musayev: "Görüləsi çox iş var, dayanmaq olmaz"

18:02

"Bu vəziyyətdən çıxmaq üçün palçıq qarışdırmalıyıq" - Sənan Qurbanov

17:42

"Qalatasaray"ın qış planları

17:15

Maqsudova finalda

14:19

Münəccimin proqnozu: "Yuventus" - "Atalanta" matçından nə gözləyək?

14:02

AÇ-nin biletləri satışa çıxarıldı

14:00

Millinin oyunlarının vaxtı və yeri açıqlandı

13:41

Azərbaycanın 3 nümayəndəsi komissiya üzv seçildı

13:12

Ölkə çempionatında ilk qaliblər müəyyənləşdi

12:56

Münəccimin proqnozu: La Liqada mərkəzi görüş

12:40

Arteta Pepe barədə şayiələrə aydınlıq gətirdi

12:09

Konfrans Liqası: Maksimlə Qara ilk "3-lük"də

11:44

"Mançester Yunayted"də Ferqyuson fərqi - Statistika

11:21

Bakıda daha 8 dəst medal sahibini tapacaq

11:05

Günün oyunları bu kanallarda - AFİŞA

10:48

Ucuz milli, qiymətsiz futbolçular və Elxan Abdullayev

10:23

"Marsel" "Qalatasaray"ın futbolçusunu bəyəndi

10:07

Əliyev medalın bir addımlığında qaldı

09:50

Araz Abdullayevin komandasından ilk qələbə

09:31

Namik oynadı, komandası uduzdu

00:39

"Levandovski Rusiya ilə oyunda sözünü deyəcək" - Paulu Souza

26 Noyabr 2021
23:24

Ulduz hücumçu hansı kluba keçmək istədiyini dedi

22:28

DÇ-2022: Pley-off matçlarının başlama saatı bilindi

21:51

Türkiyə millisinin baş məşqçisi püşkü dəyərləndirdi

20:36

DÇ-2022: Püşk atıldı - Türkiyə Portuqaliyaya rəqib oldu

19:46

"PSJ bu futbolçularla ÇL-i qazana bilməz"

18:57

"Çalışmalıyıq ki, insanlar işlərinə və sair yerlərə velosipedlə getsin" - Mədət Quliyev

Facebookdan bizi izləməyi unutmayın.