Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona Millətlər Liqasının seçmə mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq Azərbaycanla matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Rəqib fiziki cəhətdən çox yaxşı oyunçulara sahibdir. Keçidlərdən lazımi şəkildə istifadə edirlər. Bu mövsüm Millətlər Liqasına yaxşı başlamadılar. Amma öz meydanlarında oynayarkən güclü olurlar. Keçən il İsveç yığmasına qalib gəlmişdilər. Azərbaycannyaxşı komandadır. Çox təhlükəlidirlər. Ona görə də əlimizdən gələnin ən yaxşısını etməliyik ki, sabah Azərbaycandan qələbə ilə ayrılaq".
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da başlayacaq.