Norveç millisinin hücumçusu Erlinq Holand Millətlər Liqasının 4-cü turunda səfərdə Avstriya millisindən aldıqları ağır məğlubiyyətə (1:5) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ESPN onun sözlərini belə çatdırıb:
"Bağışlayın, uşaqlar, mən çox pis oynadım. Noyabrda mütləq 6 xal qazanacağıq".
Xatırladaq ki, Norveç seçməsi 5-ci turda Sloveniyanın qonağı olacaq. Oyun noyabrın 14-də keçiriləcək.
Nihat