"Montsa"nın yarımmüdafiəçisi Daniel Maldini İtaliya millisindəki ilk oyununu şərh edib.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Millətlər Liqasının 4-cü turunda evdə İsraili 4:1 hesabı ilə yendikləri matçın 73-cü dəqiqəsində meydana çıxaraq debütünü reallaşdıran 23 yaşlı oyunçu belə danışıb:
"Müsbət və dərin hisslər yaşadım. Həm meydana çıxdığım, həm də oyun bizim üçün yaxşı alındığı üçün şadam. Onlar qol vurana qədər oyuna tam şəkildə nəzarət edirdik. Sonradan da bu yöndə nəsə dəyişmədi. Milliyə mümkün qədər çox kömək etmək istəyirəm. Valideynlərim də bura gəldikləri üçün xoşbəxtəm. Evə qayıdanda hər şeyi müzakirə edəcəyik".
Xatırladaq ki, Daniel əfsanəvi müdafiəçi Paolo Maldininin oğludur.
Nihat