13:00 18.12.2021 1054

Millətlər Liqası: Rəqibimiz Slovakiyanı tanıyaq

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan komandaların adı açıqlanıb. 

C qrupunda Azərbaycanla yanaşı Slovakiya, Belarus və Qazaxıstan - Moldova cütünün qalibi mübarizə aparacaq.

Fanat.Az rəqiblərimizi yaxından tanımaq məqsədi ilə Slovakiya millisi haqda maraqlı məlumatlarını təqdim edir: 

Futbol üzrə Slovakiya milli komandası (Slovenské národné futbalové mužstvo) 1993-cü ildə Çexoslovakiyanın dağılmasından sonra yaranıb. Həmin vaxtdan komanda dünya və Avropa çempionatlarının bütün seçmə turnirlərinin daimi iştirakçısıdır. 

Komandanın beynəlxalq səviyyədə ən yaxşı nəticəsi - DÇ-2010-un 1/8 final mərhələsində çıxışı olub. Bu mərhələdə Hollandiya millisinə 1:2 hesabı ilə məğlub olan Slovakiya mübarizəni dayandırıb.

Avropa çempionatında maksimal göstəricisi isə 2016-cı il Fransada keçirilən turnirdə 1/8 final mərhələsi olub. Həmin oyunda isə Slovakiya Almaniyaya 0:3 hesabı ilə məğlub olub.

Bu yay keçirilən AVRO - 2020-də isə komanda qrup mərhələsindən çıxa bilməyib.

Sonuncu Millətlər Liqasında Slovakiya seçməsi yarışı qrup sonuncusu olaraq 4 xalla başa vurub.

DÇ-2022-nin seçmə mərhələsində çıxışını H qrupunda 14 xalla 3 yerdə tamamlayıb.

Hazırda komanda FİFA reytinqində 42-ci (1455 xal), UEFA reytinqində isə 30-cu (15.625) yerdə qərarlaşıb.

Komandanın böyük hesablı qalibiyyətləri:

Slovakiya - Lixtenşteyn - 7:0 (Bratislava; 8 sentyabr 2004)
Slovakiya  - San Marino - 7:0 (Dubnitsa nad Vagom; 13 oktyabr 2007)
Slovakiya - San Marino - 7:0 (Bratislava; 6 iyun 2009)

Komandanın böyük hesablı məğlubiyyətləri:

Argentina - Slovakiya 6:0 (Mendoza, Argentina; 22 iyun 1995)
İsveç - Slovakiya 6:0 (Əbu-Dabi, BƏƏ; 12 yanvar 2017)

Komandanın ən təcrübəli futbolçusu "Tranbzonspor"da çıxış edən dünyaca məşhur futbolçu Marek Hamşikdir. O, komandanın kapitanı, yığmanın ən çox oyun keçirən və ən çox qol vuran futbolçusudur - 123 oyuna 26 qol. 

Millinin tanınmış futbolçularından Milan Şkrinyar (İnter), qapıçı Martin Dubravka (Nyukasl) və Stanislav Lobodkanı (Napoli) qeyd etmək olar.

Milan Şrinyar

Martin Dubravka

Komandanın baş məşqçisi 48 yaşlı slovakiyalı mütəxəssis Ştefan Tarkoviçdir. Tarkoviçin nə futbolçu, nə də məşqçi kimi fərdi və komanda şəklində nəticəsi yoxdur. 1997-2002-ci illərdə Slovakiyanın qadınlardan ibarət U-19 milli komandasının baş məşqçisi, qadınlardan ibarət əsas millinin köməkçi məşqçi olub. 2020-ci ildən isə Slovakiyanın əsas millisinin baş məşqçisidir. 

Ştefan Tarkoviç

Tarkoviç son üç oyunda tanınmış 4-1-4-1 taktiki düzülüşündən istifadə edib. Xatırladaq ki, bu taktiki gedişdən "Bayern Münhen" (Qvardiola), "Mançester Yunayted" (Ule Qunnar Sulşer), "Çelsi" (Mourinyu), "Liverpul" (Yürqen Klopp) və "Atletiko Madrid" (Diyeqo Simeone) kimi tanınmış klublar istifadə edib.

Komandanın AVRO-2020-dən sonrakı son 7 oyununu təqdim edirik: 

Sloveniya - Slovakiya 1:1
Slovakiya - Xorvatiya 0:1
Slovakiya - Kipr 2:0
Rusiya - Slovakiya 1:0
Xorvatiya - Slovakiya 2:2
Slovakiya - Sloveniya 2:2
Malta - Slovakiya 0:6 

Slovakiya yığması bu günə qədər Azərbaycan millisi ilə 8 oyun keçirib. Onlardan cəmi biri komandamızın qələbəsi ilə nəticələnib:

29.03.1995 Slovakiya – Azərbaycan 4:1
16.08.1995 Azərbaycan – Slovakiya 0:1
05.09.1998 Slovakiya – Azərbaycan 3:0
09.10.1999  Azərbaycan – Slovakiya 0:1
28.03.2001 Slovakiya – Azərbaycan 3:1
06.06.2001 Azərbaycan – Slovakiya 2:0
11.06.2019 Azərbaycan – Slovakiya 1:5
19.11.2019 Slovakiya – Azərbaycan 2:0

Qeyd edək ki, qrupdakı digər rəqiblərimizin də məlumatları saytımızda yerləşdiriləcək.

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2026
13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

09:25

Şotlandiya - Braziliya dueliin ən yaxşı futbolçusu məlumdur

09:00

DÇ-2026: İlk pley-off cütü bilindi

08:00

DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

05:31

Neymar Pelenin rekordunu təkrarladı

04:44

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

04:29

Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

02:32

Bosniya və Herseqovina - Qətər matçının ən yaxşı futbolçusu bilindi

02:00

Manzambi İsveçrə - Kanada oyununun ən yaxşısıdır

01:31

Messi və Ronaldu elə bir şey etdilər ki...

00:57

DÇ-2026: İsveçrə B qrupunu lider tamamladı, Bosniya 3 xalı 3 qolla qazandı

24 İyun 2026
23:49

Mourinyunun "Real Madrid" planı bəlli oldu

23:07

Azərbaycanı Praqada keçiriləcək Avropa Açıq Turnirində 15 cüdoçu təmsil edəcək

22:36

"Sabah" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

21:54

Marko Palestra London yolunda

21:27

"Barselona"da Ferran Torres satılır: Hədəfdə isə...

20:54

"Heç bir klub birdəfəyə 150 milyon ödəmir"

20:23

"Tottenhem"in kapitanı qərarını verdi

19:42

MLS-dən Pulişiç üçün astronomik təklif

19:21

Gilmerto Oçoa üçün tarixi matç

18:39

"Lids Yunayted"dən pulsuz ulduz transferi

18:08

Portuqaliyanın baş məşqçisi Del Boskeni geridə qoyaraq rekordçu oldu

17:43

"Məhz buna görə qayıtmışam, amma "Barselona"ya qarşı..." - Joze Mourinyu

17:24

Cud Bellingem Runinin rekordunu yenilədi

17:11

"Neftçi" milli üzvünü heyətinə qatdı - RƏSMİ

17:06

Doğum gününü qeyd edən Messi nə vaxta kimi futbol oynayacağını açıqladı

16:59

Ronaldudan tarixi rekord - 41 yaşlı superulduz Messini geridə qoydu

16:41

"Bu gün meydanda mütəşəkkil komanda gördük" - Portuqaliya yığmasının baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X