15:28 09.06.2022 1708

"Bir nömrəli günahkar De Byazidir!" - Ceyhun Sultanov

Sabah futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümü çərçivəsində növbəti - 3-cü oyununa çıxacaq. Bu turnirdə keçirdiyi ilk iki matçda cəmi 1 xal toplayan De Byazinin yetirmələri doğma meydanda Slovakiya seçməsini qəbul edəcək. 

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov millimizin UEFA Millətlər Liqasındakı çıxışı ilə bağlı Fanat.Az-a danışıb. 

42 yaşlı mütəxəssis əvvəlcə yığma komandamızın zəif çıxışının səbələrini açıqlayıb:

"Millinin son iki oyununa baxsaq, hər iki matçda ilk hissələri yaxşı keçirmişik, oyunun ikinci yarısında isə xoş olmayan performans gördük. Heyətdə olan hər bir futbolçudan düzgün istifadə etmək lazımdır. Mən demirəm ki, bu futbolçularla qrupdan çıxmalıyıq. Ən azı Qazaxıstan və Belarus yığmalarından daha baxımlı oyun göstərə bilərdik. Əfsuslar olsun ki, bu heyətlə nə nəticə qazana bilirik, nə də yaxşı oyun nümayiş etdiririk. Düşünürəm ki, burada baş məşqçi amili böyük önəm kəsb edir. Çalışdırıcı və futbolçular arasında düzgün kommunikasiya olmalıdır. Bir nömrəli günahkar əlbəttə ki, De Byazidir. Bu, mənim fikrimdir". 

Sultanov millinin qol vurmağa çətinlik çəkməsinə də toxunub:

"Bəzi futbolçularımız meydanda öz işini görə bilmir? Baş məşqçinin futbolçudan nə tələb etməsi vacib məqamdır. Futbolçunun bacarığına uyğun olmayan tələblər irəli sürülürsə, əlbəttə, bu, effekt vermir... Son nəticədə baxımsız oyunun şahidi oluruq... Matçı izləyən azarkeşdə futbolçuların pis oynaması barədə fikir formalaşır. Amma düşünməyəcəklər ki, məşqçi yetirməsindən onun komandadakı roluna uyğun olmayan, başqa bir iş tələb edir. Bu gün 5 müdafiəçi ilə oynayırıq. Həmin düzülüşdə cinahlarda birəbir keçidi bacarmayan futbolçuları qoyuruqsa, onda nəticədə belə də oyun görəcəyik. Müdafiədən hücuma qədər olan futbolçuların nəyi bacardığını, hansı şəkildə oynadığını baş məşqçi olaraq bilmirsənsə, bu vəziyyət elə axıra qədər belə davam edəcək. Mənim fikrimcə, De Byazi hələ də sistemə uyğun olan futbolçuları seçə bilməyib. Heyətdəki oyunçulardan da düzgün istifadə etməyi bacarmır. Meydanda bu, aşkar şəkildə görünür. Bu gün biz Bəhlul Mustafazadədən lazım olan birinci ötürməni etməsini tələb edə bilmərik axı. Bu adam bunu bacarmır. Azər Salahlı və Maksim Medvedevi 5-li müdafiədə cinahlarda oynatmaq da düzgün deyil. Onların rəqib futbolçunu birəbir keçmək bacarığı yoxdur. Hər ikisi əzmkar və 4-lü müdafiəyə uyğunlaşmış oyunçudur. Üstəgəl, əgər sən sən Maksim Medvedevi onu bu yaşında 5-li müdafiənin sağında oynadırsansa, axırı belə də olacaq. Bir daha qeyd edirəm ki, mənim fikrimcə, problem baş məşqçidədir. Düzgün seçim etmir, oyunçuları lazım olan yerdə oynatmır". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 Avqust 2026
14:12

"Çelsi" argentinalı qapıçını transfer etdi

13:54

"Mançester Siti" niderlandlı vingerə 100 milyon avro verir

13:36

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:01

"Neftçi SOCAR" yarımfinalda uduzdu

12:34

"Qarabağ"da yeni braziliyalı - RƏSMİ

12:09

Messi şou göstərib Jairi haqladı

11:50

"Qalatasaray"ın gənc qapıçısı debütünü və qələbəni belə dəyərləndirdi

11:09

Fidanla Vüsalənin yeni klubu müəyyənləşdi

10:42

Günün oyunları bu kanallarda - AFİŞA

10:18

MPL: "Kəpəz" "Turan Tovuz"u, "Zirə" "Neftçi"ni qəbul edir

09:37

Hələ "Krasnodar" kimisi olmamışdı - Musayevin komandası rekordu yenilədi

09:00

"Sabah"ın baş məşqçisi qarşıdakı matçda yalnız bu futbolçunu oynada bilməyəcək

01:59

Premyer Liqa: "Nyukasl" səfərdən 3 xalla dönür

01:58

La Liqa: "Real Betis" darmadağına uğradı

01:33

A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi

01:22

Liqa 1: "Lion" "Havr"la bacarmadı

00:49

Bundesliqa: "Sabah"ın rəqibi inamlı qələbəyə sevindi

29 Avqust 2026
23:42

Zaur Həşimov "İmişli" ilə matçdan sonra nə danışdı?

23:27

Fərid Namazov "Şəfa" üzərində qələbəni belə şərh etdi

22:58

Kamilo Duran dayanmaq bilmir

22:31

Komandası səfərdə 3 xal qazandı, Toral isə...

22:07

MPL: Qəbələdə qol səsi çıxmadı, "İmişli"yə 1 qol bəs etdi

21:58

"İstədiyimiz oyuna daha yaxın futbol nümayiş etdirdik" - Kaxaber Tsxadadze

21:26

"Futbolçularımdan razıyam" - Azər Bağırov

20:44

Tanınmış jurnalist “Kəpəz”də mühüm vəzifəyə təyin olundu

20:24

"Real Madrid"dən 3 milyonluq həmlə

19:48

"Benfika" "Əl-İttihad"ın 16 milyonluq təklifini rədd etdi

19:18

Frank Kesye yenidən İtaliyada

18:55

"Trabzonspor" "Milan"ın ulduzu üçün hərəkətə keçdi

18:14

"Çelsi" gənc istedadı icarəyə göndərir

17:44

"Çelsi"nin ulduzu "Mançester Siti"yə gedir

17:15

"Beşiktaş" "Yuventus"un oyunçusu ilə gücləndi - RƏSMİ

16:48

Xulian Alvares evinə qayıdır?

16:17

Bredli Barkola "Liverpul"a keçir – 145 milyon avroluq anlaşma

15:40

İtaliya klubu futbolçusundan FİFA-ya şikayət etdi

15:13

"Sabah" - "Barselona" matçı bu tarixdə keçiriləcək - DƏQİQLƏŞDİ

14:49

"Qalatasaray" Leaunu heyətinə qatdı - RƏSMİ

14:15

Aslan Kərimov: "Borussiya Dortmund"un da öhdəsindən gələ bilərik"

13:42

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

13:11

Reşford "Fənərbağça"ya cavabını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X