Azərbaycan və Belarus komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının IV tur oyununun təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, Bakıda baş tutacaq görüşün baş hakimi yunanıstanlı Anastasios Papapetru olacaq.
Ona həmyerliləri Trifon Petropulos və İordanis Aptosoqlu yardım edəcək. Ehtiyat hakim funksiyasını isə Georgios Tsovaras yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 13-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus oyunu saat 20:00-da başlayacaq.