Azərbaycan yığmasının baş məşqçisi futbolçusu Emin Mahmudov Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Slovakiyaya qarşı çox yaxşı mübarizə apardıqlarını və sona kimi döyüşdüklərini bildirib:
"Daha yaxşı oynayıb, çox xal yığa bilərdik. Potensialımız buna imkan verir. Bəzi görüşlərdə bacardığımızdan aşağı səviyyədə çıxış etdik. Bu, bizə kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirməmişdi, bəzilərində yaxşı oynamamışdıq. Qələbələr bizə inam verir. İnşallah, davamlı olacaq".
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.