Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçü Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri matçdan - UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlama verib.
Fanat.Az-ın məlumatına görə seçməmizin türkiyəli yarımmüdafiəçisi belə danışıb:
"Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Qürurlu və xoşbəxtik. Ardıcıl 3-cü qələbəni qazanmaq xoş oldu. Qarşıdakı turnirlərdə də uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Milli komanda elə yerdir ki, burada heç kimin daim oynayacağına zəmanət verilmir. Hər zaman izlənilirsən. Yığmaya çağırılmısansa, bütün gücünlə çalışmalısan".
Daha əvvəl "Sabah"da oynamış Türkiyə əsilli oyunçu Azərbaycana qayıtmaq variantına da toxunub: "Nə danışsam, yanlış başa düşülər. Azərbaycanda "Qarabağ", "Neftçi" və "Zirə" kimi yaxşı komandalar var. Futbolda nəyin necə olacağını bilmək olmaz. İndi "Eyndhoven"də özümü yaxşı hiss edirəm, işlərim qaydasında gedir. Mövsümün sonunda necə olacağını görəcəyik".