“Sumqayıt”ın müdafiəçisi Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində UEFA Millətlər Liqasının C Divizionunda Bolqarıstana qarşı keçirilən ev oyununda meydandan qovulub.
Fanat.Az xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.
Oyun Bolqarıstan yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Todoroski “Sumqayıt”a bu yay cəlb olunub.