Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, futzalçılarımız Astanada Qazaxıstan yığmasının qonağı olacaq.
A qrupunda yer alan yığma ötən həftə Bakıda məğlub olduğu (2:4) rəqibindən qisas almağa yollanıb.
IV tur çərçivəsində baş tutacaq və Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyun "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla 3-cü pillədə qərarlaşıb.
DÇ-2024, elit-raund mərhələ
11 oktyabr
18:00. Qazaxıstan – Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov (hamısı Bolqarıstan)
Hakim-isnpektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç)
Astana, Jekpe Jek Arena.