12:55 17.10.2023 1077

B(ə)yaz(i) Şou

Əslində Estoniyadan qayıdanda nəsə yazmaq istədim. İki gün sonra Avstriya millisi ilə qarşılaşmanı nəzərə alıb, hər iki oyunla bağlı qeydlərimi sizi yormadan bir yazıda təqdim etmək qərarına gəldim.

Öncə təşəkkür...

Uzun fasilədən - 8 ildən sonra Azərbaycan millisinin səfərində Fanat.Az da (tarixində ikinci dəfə) iştirak edirdi. Baltikyanı ölkəyə 10-a yaxın idman jurnalisti məhz "ETOPAZ"ın dəstəyi ilə getmişdi. Şəhər mərkəzində məskunlaşdığımız əla şəraitli oteldən tutmuş, səfər boyu göstərilən diqqətə görə “ETOPAZ”ın rəhbəri Altay Əliyevə, şirkətin əməkdaşları -  Yusif Həsənov və Elgün İmanova saytımız adından təşəkkürümü bildirirəm. Yuxarıda sadaladığım hər bir yanaşmanızın önündə böyük hərflərlə yazılmalı PEŞƏKARLIQ sözü var.  Var olun!

Estoniyaya yollanmazdan əvvəl dostlara millimizin qələbə  ehtimalının yüz deyil, milyon faiz olduğunu demişdim. Şahiddirlər!

Əslində, xüsusi nəsə icad, təhlil qabliyyəti tələb etməyən bu proqnozu çoxları düşünürdü və inanırdı. Qrupda sonuncu olmamaq (!) uğrunda mübarizəninin aşkar favoriti millimiz idi. Təəssüf, acı da olsa, həqiqət budur.

Niyə favorit idik?

Son illərin ən optimal heyətinə malik yığmamız,  “6 xallıq rəqib”ə 4 ay əvvəl 1 xal hədiyyə etməklə, sonda 2 xal itirdi. Heyətdə fərqli çempionatlarda top qovan 10 legioner milli üzvü var. Son illərdə bu göstərici yadıma gəlmir, bəlkə də milli tarixində olmayıb. Həmişə yaralı yerimiz olan hücum xəttində isə rəqabət əladan da 1 pillə üst səviyyədədir. Renat Dadaşovun “Hatayspor”da özündən söz etdirməsi, Mahir Emrelinin Zaqreb “Dinamo”sunda heyət oyunçusu olması, Ramil Şeydayevin iştrak etdiyi çempionatda qol və qol ötürmələriylə diqqət çəkməsi,  Musa Qurbanlının İsveç “Yurqorden”ində yaxşı mövsüm keçirməsi millinin qol vura bilmək potensialından xəbər verir. Bircə qalırdı ayrı-ayrılıqda qənaətbəxş formada olan futbolçulardan  “ansambl” yaradıb, “drijor”luq etmək. Həmin şəxsə də baş məşqçi deyirlər.

Estoniya ilə son matçda iki qol vurulsa da, meydan kənarında nə “drijor” görünürdü,  nə də oyun planında onun “çubuğ”u. 90 dəqiqəni və qələbəni məhz futbolçuların təcrübəsi, əzmi ilə qazandıq. İtalyan mütəxəssisin yerində həmin vaxt məsələn, Ramiz Qafarov da olsaydı, nəticə dəyişməzdi. Cənab Byazi dünən də meydanın kənarında şou göstərməkdən başqa heç nə etmədi. Futbolçulara  “topu filənkəsə at, keç”i əl işarələri ilə göstərməkdən başqa hansı işi göründü? Biz də onu görürük. Bizim görmədiyimiz nəyi müdaxilənizlə düzəltdiniz?

Renat Dadaşov birinci hissənin əvvəlindən görünürdü ki, oynamaq istəmir, mübarizələrə qoşulmur. 45 dəqiqə ərzində bir yadda qalan epizodu oldu, vəssalam! Komanda daxilindəmi problem var, yoxsa 2 gün sonra çempionat oyununa görə özünü qoruyur, deyə bilmərəm. Dəqiq o idi ki, oynamır. “Fövqəl mütəxəssis” De Byazi bunu görmədi ki, görmədi. Sonda Renat məlum varianta əl atdı. Hətta Dadaşov əvəzlənməsini istədikdən sonra meydanda “sürünəndə” belə, italyan qərar verə bilmirdi. Bilmirsən güləsən, ya ağlayasan...

Gələk 4 xalı bizə uğur kimi sırımaq istəyən məşqçinin nədən narazı olmasına...

Estoniya ilə qarşılaşmadan sonra jurnalistləri nəzərdə tutaraq deyir ki, siz sevinə bilmirsiniz. Adam alqış, tərif istəyir. Niyə sevinək, nəyi alqışlayaq, 4 xalı? Sənin işin təbrik qəbul etmək deyil axı. Meydanda sevindik də, futbolçularımızı alqışladıq da.

Müqaviləsindəki maliyyə şərtlərindən başqa heç bir bəndi oxumayan “təqaüdçü”, ondan hansı nəticə tələb olunmasından xəbərsizdi. Belə olmasaydı, Estoniya ilə matçlarda 2 xal itirdiyinə görə məyus olduğunu dilə gətirərdi. Borclu olduğu qələbəyə görə futbol ictimaiyyətinə minnət qoyur. Bu azmış kimi, yerli məşqçilər korpusunu da öz niyyətində katalizator kimi istifadə edir. Necə istifadə etdiyini isə ürək bulandırmamaq üçün yazmıram.  

Sevinmək məsələsinə gəlincə, biz - idman mətbuatı heç kimin əziyyətinə hörmətsizlik etmirik. Əksinə, "əhsən" demək istərdik, amma 4 xala təşəkkür düşmür. Bu heyətin potensialına inam, özlüyündə millimizin heyətinə güvən, verilən dəyər deyilmi?

Bu inam son illərdə nə vaxt olub?

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 Dekabr 2023
12:55

Ançelotti Mourinyudan və "Roma"dan nə danışdı?

12:38

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə "gümüş" qazandı

12:21

Kevin Medinanın son durumu - AÇIQLAMA

12:04

Di Mariya "Benfika"nı bu kluba dəyişəcək

11:47

Millinin oyunlarına təyinatlar bilindi

11:30

"Qarabağ"ın qolkiperi ilk "5-lik"də

11:12

Bu gün daha 7 güləşçimiz mübarizə aparacaq

10:54

Qrizmann Feliksin "Atletiko"dan gedişinin səbəbini açıqladı: "Bura aid deyildi"

10:35

Millimiz B Liqasına yüksələ biləcək?

10:17

Kapitan Madrid nəhəngini tərk edəcək

09:59

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:41

Kloze bu klubu çalışdıracaq - Anlaşma əldə olundu

09:22

Həftənin ən yaxşısı adına namizədlər bilindi - "Qarabağ"ı məyus edən futbolçu da var

09:05

"Qarabağ" Azərbaycanın reytinqini artırdı

03:00

“Qarabağ”ı məğlub etmək çətindir”

02:54

“Qışda 2 oyunçu transfer etmək istərdim” - Qurban Qurbanov

02:41

Konfrans Liqası: “Beşiktaş”la “Fənərbağça” böyük hesabla uduzdu

02:21

Avroliqa: “Bayer”dən inamlı qələbə, “Liverpul”dan darmadağın

01:58

“Qarabağ” Norveçdən 1 xalla qayıdır

30 Noyabr 2023
23:24

“Məğlubiyyət bizə dərs oldu”

22:39

“Dinamo”dan Konfrans Liqasında Mahirsiz qələbə

22:02

GİN 2023-cü ilin ən yaxşılarının seçiminə start verib

21:43

50-ci ev oyunu

21:22

Liqa 1 klubunda yeni baş məşqçi

21:00

Mərakeş yığması Bakıda çempion oldu

20:41

Millimizin Rumıniya ilə oyunu polşalı hakimlərə tapşırıldı

20:22

Azərbaycanın daha 5 güləşçisi DÇ-də medal qazandı

20:00

Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək

19:41

“Sumqayıt”ın ayağı sınan futbolçusu əməliyyat olundu

19:22

Favoritlərdən böyükhesablı qələbələr

19:00

Əsgərova Avropa Həndbol Federasiyasından növbəti təyinat

18:42

Fransa klubu baş məşqçisi ilə bağlı qərarını rəsmən açıqladı

18:21

Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə

18:00

İPL-də noyabrın ən yaxşı məşqçisi adına namizədlər bəlli oldu

17:43

İPL-də noyabrın ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər açıqlandı

17:26

CAR millisinin üzvü faciəli şəkildə dünyasını dəyişdi

17:09

"Yuventus" Ferqyusonu istəyir

16:52

Kadinin hara gedəcəyi bəlli oldu - Klubu bu qiymətə satır

16:35

De Bröyne Şarapova ilə birlikdə - FOTO

16:17

"Mən "Real"da oynamaq üçün doğulmuşam" - Cud Bellingem

Facebookdan bizi izləməyi unutmayın.
X