21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı gənclər millisinin heyətinə cəlb olunub.
Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, oktyabrın 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.