17:09 05.01.2018 2197

Rəşad Sadıqov ilk dəfə heyəti açıqladı: Ozancanı geri qaytardı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, yığmanın yeni baş məşqçisi Rəşad Sadıqov ilk təlim-məşq toplanışına 26 futbolçu dəvət edib.

Bu oyunçular yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıqlara qatılacaq. Sadıqov ölkə xaricindən yalnız iki futbolçu çağırmağı məsləhət bilib.

Bunlardan biri əvvəllər də aşağı yaş qrupları üzrə millilərə dəvət olunmuş Murad Xaçayevdisə, digəri qalmaqallı Ozancan Kökcüdü. Milliləşməklə bağlı qərarını bir neçə dəfə dəyişən, gah yığmadan küsüb, gah da geri qayıdan türk əsilli legioner yenidən komandada olacaq.

Digər 24 oyunçu isə yerli klubları təmsil edir. Toplanışda "Neftçi” daha çox - 5 futbolçu ilə təmsil olunub. "Sumqayıt” 4, "Keşlə” 3 üzvünü U-21-ə ezam edəcək.

Sadıqov futbolçu kimi şərəfini qoruduğu "Qarabağ”ın yalnız iki üzvünə ehtiyac duyub. "Qəbələ”, "Səbail”, "Zirə” və "Kəpəz”dən də eyni sayda oyunçu toplanışa dəvət alıb.

Gənc çalışdırıcı divizionu da diqqətdən kənar saxlamayıb. MOİK də ölkə çempionu "Qarabağ” kimi iki futbolçusunu milliyə verəcək.

Antalya toplanışında Kamran İbrahimov, Elnur Cəfərov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı "Neftçi”), Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı "Sumqayıt”), Sərtan Taşkın, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı "Keşlə”), İsmayıl İbrahimli, Aydın Bayramov (hər ikisi MOİK), Famil Camalov, Əskər Hüseynov ("Qarabağ”), Fəhmin Muradbəyli, Murtazəli Abakarov (hər ikisi "Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi "Zirə”), İlyas Səfərzadə, Yusif Cəfərov (hər ikisi "Kəpəz”), Hacıağa Hacılı, Qismət Alıyev ("Qəbələ”), Ozancan Kökcü ("Valveyk”, Hollandiya), Murad Xaçayev ("Şaxtyor", Donetsk, Ukrayna) iştirak edəcək.

Qeyd edək ki, Murad Xaçayev və Qismət Alıyev komandaya yanvarın 17-də qoşulacaq.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X