09:49 02.02.2018 1706

Zaur Axundov: “Heç-heçə bizim üçün məğlubiyyətə bərabərdi"

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az saytına müsahibə verib. Fanat.Az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatı və yarışda çıxış edən Azərbaycan milli komandası barədə fikirlərini açıqlayıb. 

- Futzal üzrə milli komandamız yanvarın 10-dan 27-dək Bakıda təlim-məşq toplanışı keçirib, yanvarın 28-dən etibarən isə hazırlığı Avropa çempionatının final mərhələsinə evsahibliyi edən Sloveniyanın Lyublyana şəhərində davam etdirir. İlk oyundan əvvəl komandada vəziyyət necədir?
- Əhval-ruhiyyə yaxşıdır. Məşqlər plan üzrə keçirilir. Bakıda məşqlərdə zədəli olduğuna görə, Thaqo kollektiv çalışmalarda iştirak edə bilmədi. Ancaq o, son bir həftədə komandaya qoşuldu və oyunöncəsi keçirilən məşqdə fəal iştirak etdi. Komandanın Fransa ilə oyuna tam hazır olduğunu deyə bilərəm.
 
- Baş məşqçi ilə komandayla bağlı söhbətiniz olubmu?
- Joze Alesio da Silva ilə hər gün söhbət edirik. O, sərəncamında olan oyunçuları çox yaxşı tanıyır. AFFA rəhbərliyi də komandanın yaxşı hazırlıq və yoldaşlıq oyunları keçirməsi üçün hər cür şərait yaratdı. Baş məşqçi bu imkandan maksimum istifadə edib və komandanı çempionata yaxşı hazırlayıb.

- Oyundan əvvəl sizi narahat edən məqam varmı?
- Rəqibin kimliyindən asılı olmayaraq, hər oyundan əvvəl narahatlıq keçirirəm. İspaniya – Fransa qarşılaşmasını izlədikdən sonra isə narahatlığım bir qədər də artıb. Fransa gözləmədiyimiz oyunu nümayiş etdirdi. Deyərdim ki, həmin oyunda İspaniya 1 xal qazandı, Fransa isə 2 xal itirdi. Artıq Avropada zəif komanda, rəqib anlayışı yoxdu. Əgər Fransa Xorvatiya kimi komandanı məğlub edib həlledici mərhələyə qatılıbsa, deməli güclü rəqibdir. Onlar İspaniya ilə oyunda bunu bir daha təsdiqlədilər.  

- İzlədiyiniz Fransa millisinin əsas üstünlüyü, təhlükəli cəhətləri hansılardı?
- Onlar meydana istəkli çıxmışdılar, sona qədər də əzmkarlıq göstərdilər. Komandadakı ruh yüksəkliyi onları oyuna yaxşı kökləmişdi. Nəticədə dünya və Avropa çempionu olan İspaniya meydanda aciz görünürdü. Təbii ki, güclü rəqiblə oyunda qazanılan 1 xal onlara əlavə ruh yüksəkliyi verib. Çalışacaqlar bizimlə qarşılaşmada da qələbə qazansınlar və özləri üçün yeni tarix yazsınlar. Ona görə də Fransa ilə oyun bizim üçün çempionatın final matçına bərabərdir. 

- Fransanın çempionata Azərbaycan millisindən əvvəl start verməsinin müsbət və mənfi məqamları hansılardı?
- Onlar artıq meydana alışıblar, ilkin həyəcanı yaşayıblar, xal hesabını açıblar. Bizim üçün müsbət məqamı odur ki, oyunçularımız bir gün artıq istirahət ediblər. Ümumiyyətlə, Fransanın İspaniya kimi favorit komandadan xal alacağını heç kim gözləmirdi. Ancaq futbolda belə sürprizlər də yaşanır. Onlarla oyunda bizi ancaq qələbə qane edəcək. Heç-heçə də komandamıza sərf etmir.

- İspaniya – Fransa oyunundan sonra azarkeşlərdə də bir ruh düşkünlüyü yaranıb. Sanki rəqib bu nəticə ilə onları qorxudub. Oyunçularda necə, bu hiss olunurmu?
- İndiyə qədər heç vaxt rəqibimizdən qorxmamışıq, ancaq hörmətlə yanaşmışıq. İspaniya, İtaliya, Rusiya kimi daha güclü rəqiblərlə də qarşılaşmışıq, ancaq meydana qorxu altında çıxmamışıq, sona qədər mübarizə aparmışıq. Bəlkə də İspaniya Fransa ilə oyuna arxayın çıxmışdı və yekunda bunun acısını daddı.

- Hazırkı çempionat sürprizlərlə başlayıb. Arxada qalan oyunlarla bağlı nə deyə bilərsiniz?
- Rusiya – Polşa oyununda da sürpriz nəticə qeydə alındı. Əksər mütəxəssislər Rusiya yığmasını favorit görürdü və onların asan qələbə qazanacağını düşünürdü. Ancaq Polşa sona 9 saniyə qalmış hesabı bərabərləşdirdi. Sürprizlər qeydə alınmağa başlayıb, amma indi bizi yalnız Fransa ilə oyun düşündürür. Heç-heçə bizim üçün məğlubiyyətə bərabərdi. Ancaq qələbə qazanacağımız təqdirdə komandadan razı qala bilərəm. 

- Qarşıya qoyulan məqsəd dəyişməyib...
- Qətiyyən. Minimum tapşırıq növbəti mərhələyə yüksəlməkdi. Bunun üçün də Fransa ilə oyunda qələbə qazanmalıyıq.  

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

Facebookdan bizi izləməyi unutmayın.
X