14:38 09.04.2018 1717

Millimizin üzvü: “Qoca” sayılırdım, ona görə də ordan ayrıldım”

Azərbaycan millisinin futzalçısı Kənan Manafov AFF-nın rəsmi "Facbook" səhifəsinə müsahibə verib. Fanat.Az xəbər verir ki, II liqada çıxış edən "Avanqard”ın üzvü böyük futboldan futzala keçməsindən və gələcək planlarından danışıb. 

- Əvvəlcə Türkiyə ilə oyundan danışaq. Böyükhesablı qələbədən sonra danışmaq çətin olmur adətən...
- Hər şey yaxşı idi. Bir neçə gün məşqlər etdik, müəyyən "ev tapşırıqları” hazırladıq və bəhrəsini gördük. Açığı, Türkiyə millisi də zəif deyildi. Ancaq yekunda biz məqsədimizə çatdıq. Bəli, danışmaq asandı, ancaq nəticə özü bütün sualları cavablandırır. 

- İkinci hissədə bir qədər ehtiyatlı oynamağa başladınız. Hesabdakı fərq böyük olduğuna görə, belə qərara gəldiniz?
- Bu, bir qədər də məcburiyyətdən oldu. Yorğun idik. İntensiv məşqlər, iki gün ərzində ardıcıl iki yoxlama oyunu keçirməyimiz təsirini göstərdi. Vaxtımız az olduğuna görə, tam hazırlaşa bilmədik.

- Futzala keçdikdən sonra ilk dəfə millinin forması altında oyun keçirdiniz. Özünü necə hiss edirdiz?
- Əslində, millində əvvəllər çıxış etmişdim. Aşağı yaşlı futbolçulardan ibarət müxtəlif yığma komandalarda oynamışam. Bu baxımdan öyrəncəli olduğumu deyə bilərəm. Əlbəttə, böyük futbolla futzal fərqlidi. Ab-havadan tutmuş, oyun dəsti-xəttinə, taktiki gedişlərə qədər hamısı bu oyunları ayırır. 
 
- II Liqadan milliyə cəlb ediləcəyini necə, gözləyirdizmi?
- Nə gizlədim, gözləmirdim. Çünki seçim zamanı Yüksək və I Liqalara üstünlük verilir. Ancaq millinin baş məşqçisinin tez-tez oyunlarımızı izlədiyini görürdüm. 

- Alesionun tapşırıqlarını yerinə yetirmək çətin deyildi?
- Əlbəttə, çətin idi, ancaq çalışırdıq yerinə yetirək. İstədiyini tam verə bilməsək də, 50-70 faiz buna nail olduq. Çox işləmək lazımdı.
 
- Böyük futbolu futzala dəyişməyinizin səbəbini bilmək olar?
- Böyük futbol üçün "qoca” sayılırdım, ona görə də ordan ayrıldım. 

- Ancaq bir ara "Neftçi”nin əsas heyətinə cəlb edilmişdiz və perspektivli oyunçulardan biri idiz. Nə baş verdi ki, "qoca”ldığınızı anladız?
- Zədə aldım, sonra isə toparlana, əvvəlki formamı bərpa edə bilmədim. Qərara aldım ki, məkanı, mühiti dəyişmək lazımdı. 

- Futzalla bağlı perspektiv, gözləntiniz nədi?
- Milli komandaya yüksəlmək haqda düşünürəm. Bütün fikrim bununla bağlıdı. 

- Amma bunun üçün Yüksək Liqa klublarında oynamaq lazımdı. Milli komandada oynamaq üçün II Liqanın səviyyəsi çox aşağıdı.
- II Liqa futzala uyğunlaşmaq baxımından tramplin idi. Artıq Yüksək Liqa komandaları ilə danışıqlar aparıram. EKOL-la anlaşmağım mümkündü. 
 
- Böyük futboldan futzala adaptasiya çətin olmadı?
- Bir ilə yaxındı futzaldayam. Çətinlik var idi. Böyük futbolda tələblər, meydanda hərəkət fərqlidi. Ancaq futzalda hər şey sırf taktiki gedişlərə söykənir. Bir qədər istiqamət verildikdən sonra, uyğunlaşmağım çətin olmadı.
 
- Böyük futbolla müqayisədə futzalda qazanc elə də çox deyil.
- Qazanc ikinci dərəcəlidi, vacib olan oynamaq, məqsədinə çatmaqdı.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
14:30

Argentina millisinin qapıçısı İtaliya klubuna keçir - Maaşı açıqlandı

14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X