AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA Millətlər Liqasına hazırlaşan Azərbaycan yığmasının düşərgəsində olub.
Fanat.Az xəbər verir ki, Rövnəq Abdullayev Milli Komandaların Məşq Mərkəzində əvvəlcə baş məşqçi Qurban Qurbanovla, ardınca millinin tam heyəti ilə görüşüb. AFFA prezidenti yığmaya Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb.
Öz növbəsində Qurban Qurbanov çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
Fanat.Az