23 yaşadək futbolçulardan ibarət Pakistan millisi Özbəkistanda keçiriləcək Asiya çempionatının seçmə mərhələsində iştirakdan imtina edib.
Fanat.Az Özbəkistan Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, buna səbəb Pakistanın Hindistanla eyni qrupda yer alması olub. F qrupunda bu komandalardan başqa Tacikistan və Özbəkistan da yer alıb.
İmtinaya səbəb Pakistan və Hindistan arasındakı gərginlikdi. Beləliklə, qrupda 3 komanda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol