Braziliya yığması yoldaşlıq oyununda Honduras millisini böyük hesabla məğlub edib.
Fanat.Az xəbər verir ki, Portu-Aleqri şəhərinin "Joze Pineyro Borda” stadionunda baş tutan görüş 7:0 hesabı ilə yekunlaşıb.
Qabriel Jezusun dubl etdiyi oyunda Tyaqo Silva, Filip Koutinyo, David Neres, Roberto Firmino və Rişarlison hərəyə bir qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol