Luis Enrikenin İspaniya milli komandasının baş məşqçi vəzifəsindən gedişi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının saytı məlumat yayıb.
Son 3 ayda ailə problemlərinə görə yığmadan kənarda qalan 49 yaşlı mütəxəssis istefa verib. Onu bu vəzifədə köməkçisi Robert Moreno əvəz edib.
Qeyd edək ki, Luis Enrike ötən ilin yayından İspaniya millisinə rəhbərlik edirdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol