Xorvatiya millisi daha bir ulduz futbolçusunun xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, "Çelsi"nin ulduzu Mateo Kovaçiçin də Azərbaycan və Slovakiyaya qarşı oynamayacağı dəqiqləşib. Buna səbəb onun zədəli olmasıdı. 25 yaşlı yarımmüdafiəçinin yerinə yerli "Hayduk"dan Miyo Çaktaş yığmaya cəlb olunub.
Qeyd edək ki, daha öncə İvan Rakitiçin Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcəyi dəqiqləşib. Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol