"AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində Türkiyə səfərdə Fransa ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, səfərə qrup lideri kimi yollanan Türkiyə millisi güclü rəqibinə məğlub olmayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Hesabı 76-cı dəqiqədə meydan sahiblərindən Oliver Jiru açıb. 82-ci dəqiqədə isə Kaan Ayhan bərabərliyi təmin edib.
Beləliklə, hər iki komanda 19 xala maik olsa da, topların daha yaxşı nisbətinə görə Türkiyə millisi liderliyini davam etdirir.
Qeyd edək ki, Türkiyə millisi növbəti dəfə əsgər salamı ilə diqqət çəkib. "Ay-ulduzlular” Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq bu addımı atıblar.
Fanat.Az