
Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının
müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya” da növbəti
oyununa çıxıb.
Milli üzvünün komandası rəqib meydanında Kiyev "Dinamo”su ilə üz-üzə gəlib və 0:1
hesabıyla yenilib. Paşayev meydana start "11-lik”də çıxıb. Seçməmizin müdafiəçisi sonadək tər
töküb.
11 tura 19 xal yığan "Aleksandriya” turnir cədvəlində 12 iştirakçı arasında 4-cüdü.
Fanat.Az