İtaliya millisi "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, final mərhələsinə vəsiqəni təmin etmiş italyanlar Bosniya və Herseqovinanın qonağı olub. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Lorenzo İnsigne, Andrea Belotti və Françesko Akerbi vurub.
Bununla da İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi uğura imza atıb. Belə ki, 55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb.
İtaliya J qrupundakı bütün matçlarını qələbə ilə bitirib, bu oyunlardan öncə isə yoldaşlıq oyununda ABŞ-ı 1:0 hesabı ilə üstələyib. Yığmadakı əvvəlki rekord 1938-ci ildə ardıcıl doqquz qələbə qazana bilən baş məşqçi Vittorio Pozzoya aid idi.
Fanat.Az