
Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin forvardı Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo”da növbəti matçına çıxıb.
Moskva təmsilçisi öz meydanında "Rostov”u qəbul edib və 2:1 hesablı qələbəyə sevinib.
Ramil görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Hazırda 21 xalı olan "Dinamo” turnir cədvəlində 7-ci yerdədir.
Fanat.Az