2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının da seçmə mərhələdəki görüşlərinin vaxtı açıqlanıb.
Seçmə mərhələdə mübarizə 2021-ci ilin 25 martında başlayacaq və həmin ilin 15 noyabrında başa çatacaq. Pley-offun yarımfinalı 2022-ci ilin 24-25 martında keçiriləcək. Pley-offun final görüşləri isə 28-29 martda baş tutacaq.
Qeyd edək ki, seçmə mərhələdə iştirk edəcək 55 komanda 10 qrup bölüncək. 5 qrupda 5, daha 5 qrupda isə 6 komanda mübarizə aparacaq. 5 komandalı qrupuna düşəcək millilər iki oyun günündə istirahət edə biləcək. Qrup qalibləri birbaşa mundiala vəsiqə əldə edəcək. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2020/21 mövsümünün iki ən yaxşı qrup qalibi pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq.
Avropa zonası üzrə oyun günləri
I tur: 25-27 mart 2021
II tur: 28-30 mart 2021
III tur: 4-5 iyun 2021
IV tur: 7-8 iyun 2021
V tur: 2-4 sentyabr 2021
VI tur: 5-7 sentyabr 2021
VII tur: 7-9 oktyabr 2021
VIII tur: 10-12 oktyabr 2021
IX tur: 11-13 noyabr 2021
X tur: 14-15 noyabr 2021
Pley-offun yarımfinalı: 24-25 mart 2022
Pley-offun finalı: 28-29 mart 2022
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol