13:07 18.01.2020 1833

Millimizin baş məşqçisi: "Qrupdan çıxmaq şansımız 50 faizdi"

"Ayın 13-dən təlim-məşq toplanışına başlamışıq. Hazırlıq prosesinə bir az çox vaxt sərf etmək istəyirdik. İstədiyim oyunçuların hamısını toplaya bilmədim. Çünki bizim bəzi legionerlərimiz var. Onların çıxış etdiyi çempionatlarda oyunları var. Özbəkistana qarşı iki yoldaşlıq oyunu keçirəcəyik. Hazırlıq plan üzrə davam edir".

Bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının elit-raund mərhələsinin oyunlarından öncə təşkil olunan brifinqdə deyib.

52 yaşlı mütəxəssis yığmanın şanslarından da söz açıb. O bildirib ki, komandanın qrupdan çıxmaq şansı 50 faizdir: "Bunu rəqiblərimizin səviyyəsini nəzərə alaraq deyirəm. Amma düşünürəm ki, rəqiblər bizdən çəkinməsə də, nə qədər güclü kollektiv olduğumuzu bilirlər. Bizə hörmətlə yanaşırlar".

Braziliyalı məşqçi millinin qarşısına qoyulan hədəflərdən də danışıb: "İstəyimiz budur ki, qrupda ən azı ilk iki pillədən birini tutaq. Növbəti mərhələdə çıxış üçün bu mütləqdir. Hazırda Xorvatiyaya qarşı ilk oyunu fikirləşirik. Oyunçuların fiziki durumu normaldır. Bir az tez məşqlərə başladıq. Fiziki durumu yaxşılaşdırmaq üçün bunu etdik. Tiaqo Bolinya və Eduardo Borges məşqlərdə iştirak etmir. Zədələri bərpa olunur".

Alesio yığmanın təqvimi barədə bunları söyləyib: "Təqvimdən razıyam. Bu barədə heç bir problem yoxdur. Bilirik ki, Xorvatiyaya qarşı birinci oyun çox çətin olacaq. Xorvatlar ev sahibidir. Rusiyanı da yaxından tanıyırıq. Bütün gücümüzü oyunlarda sərf edəcəyik".

Baş məşqçi yoldaşlıq görüşündə qarşılaşacaqları Özbəkistanla oyun barədə də fikirlərini bölüşüb: "Özbəkistan da yaxşı rəqibdir. Amma həmin oyunlarda tam heyətlə çıxış edə bilməyəcəyik. Sabah iki nəfər qoşulacaq və onlarla birlikdə 17 nəfər olacaq. Amma final mərhələsinə 14-ü yollanacaq".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki "Qradsk vrt Arena”da baş tutacaq.(Report.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

00:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

17:18

İtaliya klubu baş məşqçisi ilə müqavilə yenilədi

16:51

İstanbul nəhəngi "Arsenal"ın vingerini istəyir - Maaşı açıqlandı

16:33

"Şəfa" loqosunu dəyişdi - FOTO

16:10

Premyer Liqa klubunu Çempionşipə salan məşqçi qovuldu

15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

14:59

"Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli bu komandaya baş məşqçi təyin olunmağa yaxındır

14:38

Vadim Abdullayevin yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

14:20

Xavi "Barsa Əfsanələri"ndən uzaqlaşdırıldı - Bu addımına görə Laporta ondan qisas alır

13:54

Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

13:33

Portuqaliyadan minimal hesablı qələbə, İngiltərə və Əlcəzairdən darmadağın - VİDEO

13:15

"Qarabağ" Bikalyo ilə uzunmüddətli yeni müqavilə imzaladı - RƏSMİ

12:57

Ançelotti Mərakeş millisi ilə oyun ərəfəsində belə danışdı

12:36

"Biz hökumətləri və polisi idarə edə bilən krallar deyilik" - İnfantino aciz durumda

12:18

Samir Ələkbərov Bakı klubuna baş məşqçi təyin olundu - Rəsmi

11:45

"Araz-Naxçıvan"ın yerlilərinin taleyinə aydınlıq gəldi - İkisi qalır, biri...

11:27

Mbappe DÇ-2026-da 4 rekord müəllifi ola bilər

11:06

"Zirə" 5 futbolçu ilə anlaşdı - RƏSMİ

10:30

"Qarabağ" "Levski" ilə qarşılaşacaq

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

16 yaşlı ukraynalı "Barselona" ilə peşəkar müqavilə imzaladı

Facebookdan bizi izləməyi unutmayın.
X